Saat:03:00
Haqqımızda

Ucar sakinləri sabiq nazirin qohumundan ŞİKAYƏTLƏNİRLƏR: “Zeynal Bayramlı baş həkim təyin olunandan qara günlərimiz başlayıb”

2022-11-26 22:29:00

Ucar sakinləri sabiq nazirin qohumundan ŞİKAYƏTLƏNİRLƏR: “Zeynal Bayramlı baş həkim təyin olunandan qara günlərimiz başlayıb”

“Ucar rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Zeynal Bayramlının qanunsuz əməllərindən çox əziyyət çəkirik. Əslən Ağsu rayonundan olan Zeynal Bayramlı keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun kürəkəninin qardaşıdır. Məhz bu səbəbdən də Zeynal Bayramlı 2007-ci ildən Ucar rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyin etdirilib. Bundan sonra Ucar sakinlərinin qara günləri başlayıb”.

Bunlar bir qrup Ucar sakininin redaksiyamıza ünvanladığı şikayət məktubunda bildirilir.

Şikayətçilər qeyd edirlər ki, savadlı həkimlər suni əngəllərlə üzləşərək öz ərizələri ilə işdən çıxdıqları üçün Ucar sakinlərinin böyük əksəriyyəti müayinə-müalicə ehtiyaclarını qarşılamaqdan ötrü qonşu rayonlardakı xəstəxanalara üz tutmalı olurlar: “İcbari tibbi sığorta Ucar xəstəxanasında işləmədiyindən, müayinə-müalicə xidmətləri ödənişlidir. Məsələn, ultrasəs müayinəsi 30 manat, qan analizi 30 manat, rentgen müayinəsi 30 manat təşkil edir. Bu səbəbdən də imkansız insanlar böyük problemlə üzləşirlər”.

Şikayətçilərin sözlərinə görə, xəstəxanada 200 manat qarşılığında qanunsuz şəkildə saxta bülletenler satılır: “Sağlam şəxslərə iş yerinə təqdim etmək üçün 200 manat qarşılığında 10 günlük bülleten verilir. Bunu anlamaq üçün xəstəxanada olan müşahidə kameralarını izləmək kifayət edir. Belə ki, bülleten almış şəxlər həmin vaxt nə xəstəxanaya gəliblər nə də müalicə olunublar. Stasionar müalicə olunan xəstələrə verilən yeməklər isə yararsız olduğu üçün evdən gətirilən yeməklərlə qidalanırlar. Əlil vətəndaşların bir çoxu dövlətin ayırdığı dərman pereparatları və tibbi ləvazimatlarla təmin olunmurlar”.

Şikayətçilər qeyd edirlər ki, Zeynal Bayramlının talançılıq yolu ilə əldə etdiyi varidat göz qamaşdırır:

"Təkcə Bakı şəhərində 12 yerdə bahalı mənzilləri var.Bakıda ağ şəhərdəki evi 550 000 (beş yüz əlli min) manata alıb. Novxanıdakı möhtəşəm bağ evinə 600.000 (altı yüz min) manat verib.Şamaxı, Quba, Göyçay və İsmayıllı rayonlarında möhtəşəm villalar inşa etdirib.Qohumu Ziya Məmmədovun ana vətənində Ucarın Qazıqumlaq kəndində böyük bir ev inşa etdirib.

Ancaq hazırda Göyçay şəhərindəki evində yaşayır.Bakı şəhərində 18 yerdə ticarət obyektinə sahiblənən Zeynal Bayramlı ata yurdu olan Ağsuda özünə xüsusi klinika açmışdır.Ucar rayon xəstəxanasına aid bir çox bahalı tibb avadanlıqları və digə əşyalar ora aparılmışdır.

Zeynal Bayramlı bahalı avtomobil xəstəsidir. Onun kolleksiyasında aşağı qiyməti 100.000 manat olan 12 ədəd maşını var.

Zeynal Bayramlı 15 il ərzində talançılıq yolu ilə böyük kapitala, daşınmaz əmlaka sahib olduğu kimi həmdə böyük nifrət qazanmışdır.Elə buna görədir ki, adamı 5 nəfər cangüdən mühafizə edir.Respublikanın heç bir yerində belə özbaşınalıq yoxdur. Zeynal Bayramlı əhali arasında özü barədə belə bir rəy yaradıb ki, böyük vəzifədə adamları olduğu üçün ondan edilən şikayətlərə baxılmır.

Prezident cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevdən, Baş Prokuror cənab Kamran Əliyevdən, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi cənab Nazim Rəcəbovdan və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri cənab Zaur Əliyevdən xahiş edirik Ucar xəstəxanasına diqqət edib obyektiv yoxlamalar aparıb korrupsiya xəstəliynə tutulmuş Ucar rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Zeynal Bayramlının barəsində ciddi tədbirlər görəsiniz".

İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq.

Mənbə: MillətinSəsi.İnfo

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR