Üç ölkədən Zəngəzur BƏYANNAMƏSİ

2022-08-02 14:28:00

Üç ölkədən Zəngəzur  BƏYANNAMƏSİ

Azərbaycan, Türkiyə və Özbəkistan Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğulayır. 

Hurriyyet.az-ın məlumatına görə, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Özbəkistan xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norovun imzaladığı Daşkənd bəyannaməsində deyilir.

Bəyannamədə tərəflər Azərbaycanın münaqişədən sonra ərazilərinin bərpasında, investisiya yolu ilə Qarabağ və Şərqi Zəngəzur bölgələrinin rekonstruksiyası və reinteqrasiyasında səylərinin dəstəklənməsinin vacibliyini ifadə ediblər.

Sənəddə qeyd olunub ki, Azərbaycan azad edilmiş ərazilərin bərpası və reinteqrasiyasında Türkiyə və Özbəkistan şirkətlərinin iştirakını yüksək qiymətləndirir.

Bəyannamədə həm də bildirilib ki, tərəflər Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngəzur dəhlizinin beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsi üçün vacibliyini vurğulayır. 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057723