"Twitter"də hansı dəyişikliklər olacaq? – İlon Mask AÇIQLADI

2022-04-28 13:47:00

"Twitter”i 44 milyard dollara alan İlon Mask bu sosial media platforması barədə düşüncələrini açıqlayıb.

Hurriyyet.az "Euronews”a istinadən xəbər verir ki, Mask "Twitter”in böyük potensiala malik olduğuna inandığını deyib və bəzi dəyişikliklərin siqnalını verib. O, platformanı yeni xüsusiyyətlərlə daha da inkişaf etdirəcəyini bildirib. 

Mask alqoritmləri açıq mənbəyə çevirməyi, spam botlarla daha sərt mübarizə aparmağı və bütün istifadəçilərə kimliklərini yoxlamaq imkanı verməyi planlaşdırır.

Xatırladaq ki, keçən həftə bir konfransda çıxış edən Mask platformanın alqoritmini "açıq mənbə” modelinə çevirməyi planlaşdırdığını açıqlamışdı. Açıq mənbə alqoritmi ilə istifadəçilər öz xronometraj səhifələrində hansı paylaşımlara üstünlük verildiyini və onları yuxarıya çıxaran xüsusiyyətlərin kodlarını görə biləcəklər: 

"Bəzi tvitlər müəmmalı şəkildə irəli sürülür və ya nə baş verdiyini bilmədən geridə qalır. Yeni metodlar bu modeldən daha yaxşıdır. Platformanın siyasiləşdirilməsinin də əleyhinəyəm”.

Mask sosial şəbəkə platformasında söz və ifadə azadlığı prinsipinə xüsusi önəm verəcəklərini də deyib.

Qeyd edək ki, Maskın özü də aktiv "Twitter” istifadəçisidir. Onun 80 milyondan çox izləyicisi var.

Sfera.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya