Saat:05:04
Haqqımızda

TUSAŞ-ın yeni törəmə şirkəti "Turkish Aerospace Azerbaijan" yaradıldı

2024-05-02 10:55:32

TUSAŞ-ın yeni törəmə şirkəti

Türkiyənin aerokosmik şirkəti TUSAŞ Azərbaycanda fəaliyyət göstərəcək yeni törəmə şirkəti "Turkish Aerospace Azerbaijan"ın yaradıldığını açıqlayıb.
Şirkətin məqsədi Azərbaycan daxilində, xüsusən beşinci nəsil gizli qırıcı KAAN-ın modernləşdirilməsi proqramı üzrə işgüzar əməkdaşlığı dərinləşdirməkdir.
KAAN milli döyüş təyyarələri layihəsində əməkdaşlıq sayəsində Azərbaycan Türkiyə ilə təkcə silahlı qüvvələr baxımından deyil, bütün müdafiə-sənaye kompleksi baxımından daha sıx işgüzar əlaqələrə yeni addım atacaq.
Ötən dövr ərzində Azərbaycanın atdığı digər mühüm addımlar arasında Azərbaycanda Hərbi Hava Qüvvələrinin Komanda və İdarəetmə Mərkəzinin açılması, "Bayraktar Technology Azərbaycan" törəmə şirkətinin yaradılması və birgə təlimlərin tezliyinin artırılması daxildir.

Hurriyyet.az, Ülviyyə

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.226568