Türkmənistanda kosmetika qadağan edildi

2022-06-14 22:03:00

Türkmənistanda kosmetika qadağan edildi

Türkmənistanda qadınlar üçün kosmetika satan mağazalar yoxlanılmağa başlayıb.

Rəflərdən istehlakçıların "sağlamlığına və görünüşünə" zərər verə biləcək kosmetik vasitələrin çıxarılmasını tələb edirlər.

Satıcıların və alıcıların dediyinə görə, müfəttişlər nəyin satıla biləcəyini, nəyin satıla bilməyəcəyini təxmini müəyyən edirlər.

Bir qayda olaraq, rəflərdən dırnaq boyası, dodaq boyası, tuşu yığışdırmağı tələb olunur.

Gigiyena vasitələri - şampunlar, gellər və kremlərin satışına icazə verilir.

Qeyd edək kiaptel ayından etibarən Türkmənistanda kosmetik xidmətlərin göstərilməsinin qadağan edilib.

Bildirilir ki, salon sahiblərinə qadağanın pozulması halında ağır cərimələr və 15 sutka həbslə bağlı xəbərdarlıq edilir.

Amma onlar xəbərdarlıq edirlər ki, qadağanı pozan və yuxarıda göstərilən xidmətlərdən istifadə edən qadınlar “bədənində yad əşyalardan istifadə etdikdə” saxlanılaraq 300-500 manat cərimə oluna bilərlər. Bu xidmətləri göstərən ustalar isə 500-1000 manat cərimə olunacaq və ya 15 gün müddətinə həbs ediləcəklər. \\Redaktor


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya