Türkmənistan Əfqanıstanda dəmir yolunun tikintisini bərpa edir
2022-06-08 15:20:00

Məlum olduğu kimi, Akina-Andxoy dəmir yolu xəttinin tikintisi koronavirus pandemiyası ilə əlaqədar dayandırılmışdı. Amma Türkmənistan bu dəmir yolunu bərpa etmək qərarı verib.
Belə ki, iyunun 5-də Türkmənistanın mühəndisləri və dəmiryolçuları Akina şəhərinə gələrək bütün lazımi texnika və avadanlıqları özləri ilə gətiriblər.
Türkmənistanlı mütəxəssislər bir ay ərzində dəmir yolu xəttinin qalan 800 metr hissəsinin döşənməsini başa çatdırmağı planlaşdırırlar. Bütün dəmir yolu xəttinin uzunluğu 30 km-dir.
Ülviyyə, Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya