Türkiyәnin Daxili İşlәr Nazirliyi mәlumat yayıb

2022-04-16 23:05:00

Türkiyәnin Daxili İşlәr Nazirliyi mәlumat yayıb

Separatçı terror tәşkilatı PKK-ya qarşı keçirilәn ‘‘Eren-Qış’’ әmәliyyatları nәticәsindә 339 terrorçunun zәrәrsizlәşdirildiyi bildirilib.

Hurriyyet.az bu barədə Türkiyə mətbuatına istinad edir. Türkiyә Daxili İşlәr Nazirliyindәn verilәn bәyanatda 2021-ci ilin yanvar ayında başladılan ‘‘Eren’’ әmәliyyatlarının 15 bölgәdә hәyata keçirildiyi bildirilib. Bu әmәliyyatlar nәticәsindә 167 terrorçu zәrәrsizlәşdirilib.

2021-ci ili mart ayında başladılan vә 35 bölgәdә hәyata keçirilәn ‘‘Eren-Qış’’ әmәliyyatları isә 2022-ci ilin aprel ayında sona çatdırılıb. ‘‘Eren-Qış’’ әmәliyyatları nәtidәsindә isә 172 terrorçu zәrәrsizlәşdirilib.

‘‘Eren-Qış’’ әmәliyyatlarından sonra ‘‘Yaz-Yay Blokada’’ әmәliyyatlarına start verilib. Әmәliyyatın 2022-ci ilin oktyabr ayınadәk davam etdirilәcәyi bildirilib. Yaz-yay dövründә 9 159 әmәliyyatın hәyata keçirilmәsi planlaşdırılır. \\SİA


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya