Türkiyəyə qarşı Yunanıstan, Misir və Kipr Üçlüyündən yeni ittiham...
Yunanıstan-Misir-Kipr birgə görüşünün sonunda keçirilən mətbuat konfransında Yunanıstanın başçısı Kiriakos Miçotakis Türkiyənin Aralıq dənizindəki rolunu "aqressiv" olaraq dəyərləndirib və Ankaranı ittiham edib.
"Bizim mövqelərimiz Türkiyənin aqressiv ritorikasının və provokasiyasının qınanmasında üst-üstə düşür. Təəssüf ki, Ankara rəhbərliyi indiki dövrün reallıqlarını anlamır. Türkiyənin çalışmaları regionda sülhü təhdid edir", deyə Miçotakis bildirib. Üç ölkənin birgə bəyanatında Liviyadan türk qoşunlarının çıxarılmasına çağırış edilib və 2019-cu ildə imzalanmış dəniz sərhədlərinin demarkasiyasına dair Liviya-Türkiyə razılaşması "beynəlxalq hüququ, 3 ölkənin suveren hüququnu pozan və regional təhlükəsizliyə xələl gətirən" sənəd kimi tanınıb.
Ülviyyə, Hurriyyet.az