Saat:15:48
Haqqımızda

"Türkiyənin "Zənginlər klubu" Ərdoğana qarşı qiyama başladı" - XAQANİ CƏFƏRLİ

2021-10-21 11:42:00

"Azərbaycanın təhlükəsiliyinin təmin olunmasında Türkiyə faktorunun ağırlıq qazandığı bir zamanda Ankarada proseslərin belə inkişafı narahatlıq doğurmaya bilməz"

"Türkiyənin "Zənginlər klubu" adlandırılan Türkiye Sanayici ve İş Adamları Derneği (TÜSİAD) Yüksek İstişare Kurulunun 19 oktyabr iclasını iş dünyasının prezident Rəcəb Tayyib Ərdoğana qarşı qiyamı kimi qiymətləndirmək olar. Uzun müddət Türkiyədə baş verənlərə münasibət bildirməkdən yayınan TÜSİAD-ın Yüksek İstişare Kurulunda çıxış edənlər sərt ifadələr işlədiblər". Hurriyyet.az-ın məlumatına görə, bunu politoloq Xaqani Cəfərli bildirib. 

Onun sözlərinə görə, iclasda Türkiyənin dünyəvilikdən uzaqlaşması, hakimiyyət bölgüsünün aradan qalxması, hüquqn aliliyinin və ədalətin pozulması, beyin köçünün güclənməsindən narahatlıq ifadə olunub: "Dünyəvi dövlət quruluşunun Türkiyənin dövlətçiliyinin vaz keçilməz təməl daşı olduğu xüsusi vurğulanıb və dünyəviliyin aradan qalxacağı tərzdə Türkiyənin dövlətçiliyini qoruya bilməyəcəyi qeyd edilib. Toplantıya qatılan Massaçusets Texnologiya İnstitutunun professoru, bu gün dünyada ən çox istinad edilən iqtisadçılardan biri olan erməni əsilli, Türkiyə və ABŞ vətəndaşı Daron Acemoğlu Türkiyədəki rejimə işarə edilərək “diktatorluq” ifadəsin işlətməsi TÜSİAD-ın AK Parti iqtidarı ilə körpüləri yandırmaqdan artıq çəkinmədiyinin də işarəti kimi qəbul olunur. TÜSİAD-ın “qiyam”ı ilə parallel olaraq ABŞ, Almaniya, Fransa, Niderland, İsveç, Norveç, Finlandiya, Danimarka, Kanada və Yeni Zelandiyanın Ankaradakı səfirləri Avropa İnsan Hüquqları Məhkəməsinin iş adamı Osman Kavalanın dərhal azadlığa buraxılması ilə bağlı qərarının ira olunmasını tələb edən birgə açıqlamaları yayıblar. Səfirlərin açıqlamasında əks halda Türkiyəyə qarşı sanksiyaların tətbiq ediləcəyi qeyd edilib".

Xaqani Cəfərli qeyd edib ki, bu olaylardan əvvəl isə İngiltərənin Afina, Lefkoşa ve Ankara birgə toplantı keçirdikləri və “Ərdoğanın günleri sayılı, qansız bir geçişə gedirik” mesajını vermələri ilə bağlı çox narahatedici məlumat yayılıb: "Azərbaycanın təhlükəsiliyinin təmin olunmasında Türkiyə faktorunun ağırlıq qazandığı bir zamanda Ankarada proseslərin belə inkişafı narahatlıq doğurmaya bilməz. Azərbaycan hakimiyyəti bu prosesi diqqətlə izləməli, ölkənin təhlükəsiliyinin təminatında Azərbaycan cəmiyyətin rolunun önə çıxmasını təmin etməlidir. Bunun üçün siyasi açılım artıq zərurətə çevrilib. Xalqın iradəsinin əks olunduğu parlament olmadan qarşıdan gələn təhlükələri dəf etmək çətin olacaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR