Saat:19:55
Haqqımızda

Türkiyənin yerli "SİPER" hava hücumundan müdafiə sisteminin gəlişinə sayılı günlər qalıb

2024-05-02 11:21:46

Türkiyənin yerli

Türkiyənin yerli "SİPER" hava hücumundan müdafiə sisteminin gəlişinə sayılı günlər qalıb. Bu barədə "ASELSAN"ın baş direktoru Ahmet Akyol açıqlama verib.

O, "SİPER blok-1" uzaqmənzilli hava hücumundan müdafiə sisteminin Türkiyə Silahlı Qüvvələrinin arsenalına əlavə edilməsinə sayılı günlər qaldığını, lakin "SİPER blok-2"nin də inkişaf mərhələsində olduğunu bildirib.
Xatırladaq ki, 2023-cü ilin sonunda Türkiyə Silahlı Qüvvələri ilə "SİPER blok-1" və "HİSAR"ın kütləvi istehsalı üçün müqavilələrin imzalanması mərasimi keçirilib. İlk tədarüklər 2024-cü ilin may ayına qədər həyata keçiriləcək, lakin kütləvi istehsala 2026-cı ilin yanvarında başlanacaq.
"SİPER" uzun mənzilli raketdən müdafiə layihəsinin əsası Türkiyənin regional uzun mənzilli hava və raketdən müdafiə sisteminə ehtiyacını qarşılamaq üçün Müdafiə Sənayesi Bürosu (SSB) tərəfindən qoyulub. O, "ASELSAN" və "ROKETSAN" tərəfindən hazırlanıb və "TÜBİTAK SAGE" ilə iş ortaqlığı əsasında həyata keçirilir.
"SİPER"in taktiki və texniki xüsusiyyətləri:
▪️Aşkarlama diapazonu: 450-600 km
▪️Kəsmə məsafəsi: 150+ km
▪️Kəsişmə hündürlüyü: 0,1-30+ km
▪️İzlənən hədəflərin sayı: 100
▪️Vurula bilən hədəflərin sayı (batareya/qrup): 10/20
Yaxın mənzilli “Sunqur” və “Korkut”, orta mənzilli “Hisar-A” və “Hisar-O”, uzun mənzilli "SİPER-1" və "SİPER-2" kimi yerli raketdən müdafiə sistemlərinin ordu inventarına daxi lolması ilə Türkiyə özünün kiçik pilotsuz uçan aparatlar və helikopterlər, müxtəlif növ raketlər və təyyarə sistemləri kimi hər hansı təhlükələrə qarşı, xüsusən müasir qırıcılara və səsdən sürətli İHA-lara qarşı tam hüquqlu raketdən müdafiə sistemini yaradacaq.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.199628