“Türkiyənin yardımına ilk Azərbaycan gəlməyəcəksə, kim gələcək?”

“Azərbaycandan yardımlar davam edir, indiyədək içərisində soba, ədyal, tibbi ləvazimatlar və generatorlar olan 10 yardım təyyarəsi, onlarla yük maşını Türkiyəyə çatdırılıb”.
Hurriyyet.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib.
Z.Məmmədov zəlzələdən zərərçəkmiş ərazilərdə hava şəraitinin sərt olduğunu və müvafiq olaraq Azərbaycandan Türkiyəyə 1400-dən çox çadır gətirildiyini qeyd edib.
Azərbaycandan 740 nəfər axtarış-xilasetmə mütəxəssisinin 8 öyrədilmiş itlə Kahramanmaraşın mərkəzi və rayonlarında axtarış-xilasetmə işləri apardığını deyən səfir, bu qruplar tərəfindən 45 nəfərin dağıntılar altından xilas edildiyini, yaralılara və xəstələrə saxladıqları səhra xəstəxanasında xidmət göstərdiyini bildirib.
Zəlzələdən sonra həmişə olduğu kimi Türkiyəyə köməyə gələn ilk dövlətin Azərbaycanın olduğunu vurğulayan R.Məmmədov sözlərini belə yekunlaşdırıb: “Türkiyə Azərbaycandır, Azərbaycan Türkiyədir. İki dövlətimiz olsa da, bu, bir millətdir. Azərbaycanda hamı bilir ki, bu zəlzələ onların qardaşlarının, övladlarının başına gəlib. Türkiyənin yardımına ilk Azərbaycan gəlməyəcəksə, kim gələcək? Qarabağ müharibəsində ilk yardım üçün Azərbaycana kimlər gəldi? Türkiyə gəldi. Türkiyə Azərbaycanın yanında oldu. Xalqı 44 gün yatmadı, dövlət olaraq bizimlə oldu. Türkiyənin dar günündə kim birinci gəlməlidir, Azərbaycan gəlməlidir”. (qafqazinfo)
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya