Türkiyənin xüsusi xidmət orqanları İstanbulda törədilmiş terror aktının təşkilatçısını məhv etdi

2023-02-24 14:17:00

Türkiyənin xüsusi xidmət orqanları İstanbulda törədilmiş terror aktının təşkilatçısını məhv etdi

Türkiyənin xüsusi xidmət orqanları İstanbulda törədilmiş terror aktının təşkilatçısını məhv edib. Belə ki, Türkiyənin kəşfiyyat təşkilatı (MİT) İstanbulun İstiqlal küçəsində terror aktı planlaşdıran və təşkilində iştirak edən YPG kürd terror qruplaşmasının üzvü Xəlil Mencinin məhv edilməsi üçün Suriyanın şimalında uğurlu əməliyyat keçirib.
PKK/YPG-çi Xəlil Menci 13 noyabr 2022-ci ildə 6 nəfərin həlak olduğu, 81 nəfərin isə yaralandığı bombalı hücumun planlanmasında və törədilməsində baş rol oynayıb.
Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, Bəyoğlundakı terror hücumunun müəllifləri Ahlam Albashır ilə Bilal Hassanı istiqamətləndirən və Bilal Hassanın ölkədən xaricə qaçmasını təmin edən terrorçu Mencinin, PYD/YPG-nin nəzarət etdiyi Qamışlıda aşkarlandığı təsbit edilib.
Sonda isə terrorçu təşkilat tərəfindən qorunduğu və yuxarı rütbəli YPG üzvləri ilə daim əlaqədə olduğu müəyyən edilən Menci, MİT-in xüsusi əməliyyat heyəti tərəfindən təqib olunub. Ardınca da terrorçu Xəlil Menci 22 fevralda Suriyanın şimalındakı Qamışlıda həyata keçirilən hədəf əməliyyatıyla məhv edilib.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.186610