Saat:14:05
Haqqımızda

Türkiyənin “veto qərarı” Qərbi ŞOKA SALDI: Finlandiya ilə İsveç hansı addımı atacaq?

2022-05-17 15:40:00

Türkiyənin “veto qərarı” Qərbi ŞOKA SALDI: Finlandiya ilə İsveç hansı addımı atacaq?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Finlandiya və İsveçlə bağlı son açıqlaması dünya mediasında gündəm olub.

Hurriyyet.az bildirir ki, Amerikanın "Wall Street Journal” qəzeti "Finlandiya, İsveç NATO-ya daxil olmağı planlaşdırır, Türkiyə isə öz tələblərini açıq şəkildə bəyan edir” başlığından istifadə edib. 

"Washington Post” isə iki Skandinaviya ölkəsinin nümayəndə heyətlərinin Ankarada Türkiyənin narahatlığını müzakirə edəcəyini və Ərdoğanın açıqlamasının bəzi Avropa liderləri və diplomatları üçün sürpriz olduğunu yazıb.

"BBC” digər media orqanlarından fərqli olaraq, "Türkiyə Finlandiya və İsveçin NATO təşəbbüsünü əngəlləyəcək” başlığı ilə oxucularının qarşısına çıxıb və Ankaranın mövqeyini bir daha təkrarladığını vurğulayıb. 

Türkiyənin İsveç və Finlandiyanın üzvlüyünə daha ciddi maneə olduğunu qeyd edən "The Times” yazıb ki, Ankaraya səfər edəcək diplomatlar 2019-cu ildə başlayan silah embarqosunun ləğvi və PKK-ya qarşı sərt tədbirlər görülməsini təklif edə bilərlər. 

Öz növbəsində "The Guardian”, "CNN İnternational” kimi tanınmış media orqanları da sözügedən məsələni işıqlandırıblar.

Xatırladaq ki, 30 üzvü olan NATO-da yeni üzvün alyansa qəbul olunması üçün hər ölkənin parlamenti bunu təsdiq etməlidir. Ötən gün isə rəsmi Ankara Finlandiya və İsveçin NATO-ya üzv olmasına razı olmayıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR