Türkiyənin vasitəçiliyinin uğuru – Ukraynadan taxıl dəhlizi açıldı

2022-08-01 10:52:00

Türkiyənin vasitəçiliyinin uğuru – Ukraynadan taxıl dəhlizi açıldı

Hurriyyet.az CNN Türk kanalına istinadla xəbər verir ki, taxılla yüklənmiş ilk gəmi bu gün səhər Odessa limanından çıxıb. Bu barədə açıqlamanı İstanbul Koordinasiya Mərkəzinə istinadla Türkiyənin Milli Müdafiə Nazirliyi verib.

“Razoni” adlı gəmi Odessadan Livanın Tripoli limanına doğru yola düşüb. Gəmi sabah – avqustun 2-də İstanbul şəhərinin sahilində yoxlamadan keçdikdən sonra Livana doğru üzməyə davam edəcək.

İyulun 22-də İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə BMT-nin Baş katibi Antoniu Quterreşin iştirakı ilə Ukrayna limanlarından taxılların təhlükəsiz nəqli barəsində razılaşma imzalamışdılar. 

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.063807