Türkiyənin Təhlükəsizlik Şurası Bakı-İrəvan münasibətlərini müzakirə edəcək
2024-07-25 11:13:37

Türkiyənin Təhlükəsizlik Şurası Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması məsələsini müzakirə edəcək. Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
Prezident Ərdoğanın sədrliyi ilə keçiriləcək görüşün əsas mövzularından biri Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması olacaq.
Yunanıstanla münasibətlər, Şərqi Avropa və Yaxın Şərqdəki münaqişə, terrorla mübarizə və Suriya ilə münasibətlərin normallaşdırılması da müzakirə olunacaq.
Ülviyyə, Hurriyyet.az
