"Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük iddiası Ərdoğanın Qərbə təzyiqidir"- Kamal Əliyev

2022-09-19 12:05:00

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan ölkəsinin Şanxay Əməkdaşlıq Təşkilatına üzv ola biləcəyi barədə fikir irəli sürüb. Bəs bu ehtimal nə dərəcədə mümkündür və hansı zərurətdən doğub?

Ovqat.com-un suallarını cavablandıran politoloq Kamal Əliyev bu çıxışı Türkiyə prezidentinin məcburi geosiyasi seçimi kimi qiymətləndirir:

"Əvvala onu deyim ki, 2016-cı ildə də pezidenti Rəcəb Tayib Ərdoğan demişdi ki,Türkiyə Avropa İttifaqının yerinə Şanxay Əmıkdaşlıq Təşkilatına üzv ola bilər. Xatirimdədir ki, elə o vaxt Rusiya Ərdoganın bu fikirlərini məntiqli adlandırmış, Çin tərəfi isə belə demişdi ki,Ankara üzvlük üçün müraciət edərsə, bunu məmnuniyyətlə dəyərləndirərlər. Hətta 2016-ildə Ərdoğan ŞƏT-lə baglı danışarkən, bu, Türkiyənin siyasi elitasında ciddi müzskirələrə səbəb olmuşdu. O ki qaldı Türkiyənin ŞƏT-ə üzvlüyünə, Ankara bu təşkilatın Azərbaycanla birlikdə dialoq tərəf-müqabilidir. Eyni zamanda, Ərdoganın bu sözlərlə Qərbə siqnal ötürdüyünü fərz edirəm.Yəni Ərdoğan deyir ki, baxmayaraq, Türkiyə NATO-nun üzvüdür, Avropa İttifaqına namizəd statusu əldə edib, ancaq biz bir növ bu təşkilatlardan ögey münasibət görürük.Əlbəttə, Türkiyənin Yunanıstanla son zamanlar yaşadığı problemlər, Suriyanın şimalında ABŞ-ın kürd separatçılarına verdiyi dəstəyin də Ərdoğanın bu bəyanatının ortaya çıxmasına təsiri var. Ərdoğan sanki siqnal ötürür ki,Türkiyənin  geopolitik seçim imkanları məhdud deyil. Ancaq burda bir maraqlı məqam da budur ki, Türkiyənin ŞƏT-ə üzvlük hədəfi könüllüdür, yoxsa məcburi? Hesab edirəm ki, ən vacib sual məhz budur. Mənə elə gəlir ki,bu, Türk dövlətinin məcburi geosiyasi seçimidir"

Politoloq Kamal Əliyevin xatırladıb ki, ŞƏT  əsasən avtoritar ölkələrin klubudur və üzv dövlətlərin imzaladlgı müqavilərə görə, onlar heç bir halda bir-birinin daxili işlərinə qarışa bilməzlər: «Ümumiyyətlə, ŞƏT, BRİCS kimi regional təşkilatlar elə qurumlardır ki, buraya üzv olan ölkələri demokratik qiymətləndirə bilmərik. Belə demək mümkünsə, hazırda ŞƏT-ə üzv olan 9 ölkənin heç birində demokratiya və insan hüquq və azadlıqlarına dəyər verilmir.Yeri gəlmişkən, deyim ki, bu təşkilat 1996-cı ildə 5 üzv dövlət tərəfindən yaradılıb və 2001-ci ildə Şanxay Əməkdaşlıq Təşkilatı adını alıb. Türkiyəyə gəldikdə isə, bu ölkə onillərdir Avro-Atlantikin, Qərbin önəmli partnyorlarından biridir. Sadəcə, son illər Ərdogan iqtidarına qarşı Qərbdən demokratiya və insan hüquqları məsələsində ciddi qınaqlar, təzyiqlər var. 

Doğrudur, hazırda Türkiyə iqtidarı Rusiya-Ukrayna böhranında balanslı siyasi xətt yürüdür,lakin bu, müəyyən mərhələyə qədər mümkündür və müharibə uzandıqca, Qərbdən Ankaranın seçim etməsi tələb olunacaq. İndi Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmur. Amma bu, o demək deyil ki, Türkiyənin balanslı siyasi xəttinə, status-kvonu qoruyub saxlamasına ABŞ və Avropa İttifaqı sonacan dözümlülük nümayiş etdirəcək. Əslində,Ərdoğan da bunu bilir və ŞƏT-lə baglı dedikləri ilə özünü sıgortalayır. Yəni Ərdogan açıq deyir ki, mənim iqtidarımın üzərinə gəlsəniz, Türkiyə lazım gələrsə, öz geopolitik seçimini ŞƏT-dən yana edə bilər».

Kamal Əliyev onu da vurgulayıb ki, Türkiyənin Qərbdən uzaqlaşaraq ŞƏT kimi avtoritar təşkilata üzv olması o qədər də asan deyil və bu istiqamətdə Türkiyə cəmiyyətinin,müxalifətinin də öz baxışı var: «Açığı, mən Ərdoganın ŞƏT-lə baglı dediklərini hazırkı konyuktura gərəyi oldugunu düşünürəm. Digər tərəfdən,Türkiyənin əsas iqtisadi partnyoru Avropadır. Türkiyənin əsas ixrac potensialı da Avropa ölkələridir. Sanki bu, Ərdoganın Qərblə siyasi bazarlıq oyunudur. Yəni bu,o deməkdir ki, mənim üzərimə çox gəlməyin,Yunanıstana dəstək verməyin, Suriyanın şimalında kürd separatçılarına dəstəyinizi çəkin.Çünki Ərdoğan olduqca agıllı siyasətçidir və onun manevr qabiliyyəti yüksəkdir. 

Bundan əlavə, qarşıdan gələn iyun ayında Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Rəy sorgularına görə, Ərdoğanın partiyasıAKP-nin nüfuzu aşagı düşüb. Təbii ki,Ərdoğanın nüfuzunun geriləməsində ölkədəki iqtisadi durgunlugun, az qala 70-80% səviyyəsində olan infilyasiyanın da rolu var. Üstəlik,Ərdogan düşünür ki, Qərb qarşıdan gələn seçkilərdə müxalufətə dəstək verə bilər. Bu baxımdan,Ərdogan vaxtaşırı ŞƏT mövzusunu gündəmə gətirməklə Qərbə siyasi siqnal ötürür və eyni zamanda, öz elektoratını ətrafında konsolodasiya etmək istəyir.Yoxsa Ərdogan da gözəl dərk edir ki, Türkiyənin yeri avtoritar dövlətlərlə deyil, demokratik ölkələrlə birlikdədir. Amma mən Türkiyən ŞƏT-lə iqtisadi münasibətlərinin inkişaf etdirməsinə pozitiv yanaşıram. Nəzərə alaq ki, hazırda dünyanın Avrasiyadakı iqtisadi güc mərkəzinin Qərbdən Şərqə keçdiyini müşahidə edirik", - deyə Kamal Əliyev fikirlərini tamamlayıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.056736