Saat:17:48
Haqqımızda

Türkiyənin Rusiya ilə Ukraynaya təklifi

2025-11-28 15:51:57

Türkiyənin Rusiya ilə Ukraynaya təklifi

Hurriyyet.az xəbər verir ki, Türkiyə Rusiya-Ukrayna danışıqlarının ev sahibi olmaq təklifini bir daha səsləndirib. Türkiyənin xarici işlər naziri Hakan Fidan bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful ilə danışıqlardan sonra Berlində keçirilən mətbuat konfransında bildirib ki, Ankara Rusiya və Ukrayna arasında münaqişənin bütün tərəflər üçün məqbul olan sülh yolu ilə həllinə nail olunması üçün səylərini davam etdirmək niyyətindədir. 
Fidanın sözlərinə görə, tərəflər sülh prosesinin irəliləməsi üçün variantları ətraflı müzakirə ediblər. Nazir deyib: "Həm humanitar, həm də strateji baxımdan hər iki tərəfi qane edən bir sülhə nail olmaq lazımdır. Bu istiqamətdə konstruktiv fəaliyyəti davam etdirəcəyik".
Hürr Tərcüman