Saat:05:28
Haqqımızda

Türkiyənin NATO qərarı: “Geri addım atılması mümkün olmayan nöqtədəyik”

2022-05-21 17:08:00

Türkiyənin NATO qərarı: “Geri addım atılması mümkün olmayan nöqtədəyik”

Hurriyyet.az xəbər verir ki, Türkiyə İsveç ilə Finlandiyanın NATO-ya üzvlüyü məsələsi ilə bağlı mövqeyini dəyişmək niyyətində deyil. Bu barədə açıqlamanı Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Numan Kurtulmuş CNN Türk kanalına müsahibəsində verib.

Kurtulmuş Türkiyənin Finlandiya ilə İsveçin NATO-ya qoşulmasına veto qoymasından danışarkən deyib: “Türkiyənin təhlükəsizlik narahatlığına göz yummaq olmaz. İsveçin terror təşkilatlarını dəstəkləməsi aşkardır. Türkiyə müzakirələrdə yeni bir metodla çalışır. Bizim təhlükəsizliklə bağlı narahatlığımız dəqiq qiymətləndirilməlidir. Türkiyə təhlükəsizlik təminatı almalıdır. Geri addım atılması mümkün olmayan bir nöqtədəyik. Terror hücumları var. Terrorçuluqla mübarizədə 40 min nəfərə qədər vətəndaşı qurban getmiş ölkədən bəhs edirik”.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR