Türkiyənin Müdafiə Nazirliyi antiterror əməliyyatları barəsində məlumat paylaşıb
2024-07-17 19:13:00

Hurriyyet.az xəbər verir ki, Türkiyə ordusu İraq ilə Suriyanın şimal bölgələrində antiterror əməliyyatları aparmağa davam edir.
Türkiyənin Milli Müdafiə Nazirliyi həmin ərazilərdə 10 nəfər PKK üzvünün zərərsizləşdirildiyini bəyan edib.
Nazirliyin X şəbəkəsindəki səhifəsində yazılıb: "İraqın şimalında - Hakurk və Qara rayonlarında 8 nəfər silahlı terrorçu zərərsizləşdirilib. Suriyanın şimalındakı "Barış bulağı" əməliyyatı bölgəsində isə daha iki terrorçu zərərsizləşdirilib".
Hürr Tərcüman
