Türkiyənin müdafiə naziri: NATO-ya alternativ bir təşkilata ehtiyac yoxdur
2024-07-10 23:19:36

Türkiyə İraq və Suriyada son terrorçu öldürülənə qədər əməliyyatlara davam edəcək.
Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ABŞ-nin "Politico” nəşrinə müsahibəsində deyib.
O bildirib ki, Türkiyə İraq və Suriya sərhədləri boyunca 30- 40 kilometr dərinliyində təhlükəsizlik dəhlizi yaratmaqda və bölgəni terrorçulardan tamamilə təmizləməkdə qətiyyətlidir.
Nazir onu da deyib ki, Avropa İttifaqı (Aİ) üzvlərinin NATO-nun "təhlükəsizlik çətiri”ndən kənarda alternativlər axtarması ittifaq daxilindəki həmrəyliyə ziyandır.
O bildirib ki, Avropa-Atlantik məkanında ən təsirli təhlükəsizlik təşkilatı NATO-dur: "Avropa öz təhlükəsizlik imkanlarını gücləndirməlidir. Amma başqa bir təşkilata ehtiyac yoxdur”. \\AZXEBER.COM
