Türkiyənin Krımla bağlı mövqeyi Moskva-Ankara münasibətlərinə əngəl deyil

2022-08-31 14:41:00

Türkiyənin Krımla bağlı mövqeyi Moskva-Ankara münasibətlərinə əngəl deyil

Hurriyyet.az xəbər verir ki, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyənin Krımla bağlı mövqeyinin Moskva ilə Ankaranın münasibətlərində problem olmadığını söyləyib.

Bəlli olduğu kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Krımın Ukraynaya qaytarılmalı olduğunu bəyan edib.

Peskov deyib: “Ankara lap əvvəldən bu məsələdə bizimlə razılaşmadığını bildirib. Lakin Krım – RF-nin bir hissəsidir. Buna görə də, Ərdoğanın dediyi mümkün deyil. Bununla belə, bu, bizə sərfəli sahələrdə Türkiyə Respublikası ilə münasibət qurmağa əngəl olmur”.

Kremlin təmsilçisinin sözlərinə görə, Moskva Ankaranın “taxil məsələsində olduğu kimi, çətin vəziyyətlərin həllində” səylərini yüksək qiymətləndirir: “Ona görə də, lazım gələn sahələrdə ünsiyyətdə oluruq və olacağıq, qarşılıqlı münasibətləri dərinləşdirmək üçün çox yaxşı potensialımız var”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.059163