Türkiyənin daha bir vilayətində meşə yanğını başlayıb

2023-09-01 00:22:22

Türkiyənin daha bir vilayətində meşə yanğını başlayıb

Türkiyənin Çorum vilayətində meşəlik ərazidə yanğın başlayıb.

Hazırda Sarp qayalıqlardan ibarət bölgədə qrupların yanğınla mübarizə işləri davam edir.

Məlumata görə, hadisə Gökgözlər və Kuyumcu kəndləri arasındakı meşəlik ərazidə qeydə alınıb.

Obruk su anbarının ətrafındakı meşəlik ərazidən tüstünün qalxdığını görən vətəndaşlar yanğınsöndürmə idarəsinə məlumat veriblər.

Bundan sonra əraziyə Çorum və ətraf rayonlardan yanğınsöndürmə qrupları cəlb edilib. \\Ölkə.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.139057