Saat:07:26
Haqqımızda

Türkiyənin baş ombudsmeni Ukraynada və Rusiyada əsirlərin vəziyyəti ilə tanış olacaq

2024-03-25 15:47:09

Türkiyənin baş ombudsmeni Ukraynada və Rusiyada əsirlərin vəziyyəti ilə tanış olacaq

Hurriyyet.az xəbər verir ki, Türkiyənin baş ombudsmeni Şeref Malkoç bu həftə ərzində Ukraynada saxlanılan Rusiya əsirlərinin saxlanıldıqları yerlərə getməyi və ölkə Prezidenti Vladimir Zelenski ilə görüşməyi planlaşdırır. Bu barədə məlumatı Türkiyənin "Sabah" nəşri verib.  
Ombudsmen deyib: "Əvvəlcə biz Ukraynadakı hərbi əməliyyat zonalarını nəzərdən keçirəcəyik. Odessaya səfər edəcəyik. Müharibə üzündən didərgin düşmüş köçkün ailələri ilə görüşəcəyik. Rusiyada əsirlikdə olan ukraynalı əsgərlərin ailələri ilə görüşəcəyik. Prezident Zelenski ilə görüşəcəyik".
Şeref Malkoç onu müşayiət edən nümayəndə heyəti ilə birlikdə Ukraynadakı rusiyalı əsirlərlə görüşməyi, insan hüquqlarına tiayət edilməsi və yaşayış şəraiti ilə bağlı əsir düşərgələrindəki vəziyyəti qiymətləndirməyi planlaşdırdığını da xəbər verib. 
Onun sözlərinə görə, Rusiyada da analoji yoxlama aparılması planlaşdırılır: "Biz bu məsələ ilə əlaqədar rusiyalı həmkarlarımızla əlaqə saxlayırıq".
Malkoç bu təftişlərin nəticələri ilə bağlı hesabat hazırlamağı və onları həm Ukrayna və Rusiya rəhbərliklərinə, həm də beynəlxalq təşkilatlara göndərməyi planlaşdırdığını bildirib.  
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.293916