Türkiyəni kim qarışdırır? - “Dünyanı idarə etmək iddiasında olan mərkəzlər...“

2021-11-24 16:33:00

Türkiyəni kim qarışdırır? - “Dünyanı idarə etmək iddiasında olan mərkəzlər...“

Noyabrın 23-dən Türkiyədə milli valyutanın məzənnə itkisi əsnasında etiraz aksiyaları başlayıb. Ölkənin ayrı-ayrı iri şəhərlərində etirazçılar hökümətin istefasını tələb edirlər.

Türkiyədə nə baş verir? Ölkəni kim qarışdırmaq istəyir? Son günlər Türkiyədə baş verənlər hadisələrdə xarici qüvvələrin rolu varmı?

Hurriyyet.az xəbər verir ki, Yenisabah.az-a açıqlama verən siyasi şərhçi Azər Həsrət bildirib ki, Türkiyədə baş verən istənilən hadisə bu və ya digər şəkildə Azərbaycana təsir edir:

“Etirazlar lirənin ucuzlaşması fonunda bəzi fürsətçi qüvvələrin meydana tökülməsi bir daha ondan xəbər verir ki, Türkiyənin seçdiyi müstəqil siyasət xətti böyük güclərin, xüsusən də, “Z kuşağı” deyilən yeni nəslin ürəyincə deyil. Düşünürəm ki, bu hadisələrdə xarici qüvvələrin rolu böyükdür. Dünyanı idarə etmək iddiasında olan mərkəzlər Türkiyə dövlətini diz çökdürmək, ələbaxan, sözəbaxan dövlət etmək istəyir. Lakin Rəcəb Tayyib Ərdoğanın liderliyində  Türkiyə dövləti böyük və müstəqil güc olduğunu illərdir dünyaya göstərir. 

Ona görə də, məlum güc mərkəzləri təsir imkanlarından istifadə edirlər, yəni lirənin dəyər itirməsi, dünya iqtisadiyyatının Türkiyə iqtisadiyyatına təzyiqi və s. Türkiyə vətəndaşını öz dövlətinin rəhbərliyinə qarşı qaldırma cəhdidir. Amma nahaq yerə. Çünki Türkiyə dövlətini daxili təlatümlərlə laxlatmaq mümkün deyil”.

A.Həsrət qeyd edib ki, 5  il öncə Türkiyədə dövlət çevrilişi cəhdi olub və bütün Türkiyə ayağa qalxaraq dövləti müdafiə edib:

“Türkiyə dövləti öz xalqını heç vaxt darda qoymayıb, indi də darda qoymayacaq. Nəzərə almalıyıq ki, Türk Dövlətləri Təşkilatının qurulması, Türkiyənin Qarabağ probleminin həllindəki rolu Qərbdəki mərkzələri özündən çıxarıb. Bu addımlar bütün türk dövlətlərinə qarşıdır”.

Türkiyəni kim qarışdırır?  - “Dünyanı idarə etmək iddiasında olan mərkəzlər...“