Saat:21:05
Haqqımızda

Türkiyəli prezidentliyə namizəddən şok açıqlama: “İki tələbəm Azərbaycanda nazirdir”

2023-03-27 10:20:00

Türkiyəli prezidentliyə namizəddən şok açıqlama: “İki tələbəm Azərbaycanda nazirdir”

Türkiyə prezidentliyinə namizəd Sinan Oğanın iki tələbəsi Azərbaycanda nazirdir.

Bunu ATA İttifaqının Türkiyə prezidentliyinə namizədi Sinan Oğan özü açıqlayıb. Sinan Oğan bildirib ki, Azərbaycanda TİKA (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) təmsilcisi və İqtisad Universitettində müəllim işləyib. O, həmin müddətdə aldığı maaşla azərbaycanlı tələbələrin oxumasına yardım etdiyini bildirib.

Sinan Oğanın sözlərinə görə, onun tələbələrindən ikisi hazırda Azərbaycanda nazirdir. Prezidentliyə namizədin sözlərinə görə, Gənclər və idman naziri Fərid Qayıbov və İqtisadiyyat naziri Mikayıl Cabbarov onun tələbələridir. Ancaq Sinan Oğanın 1992-2000-ci illərdə Bakıda müəllim olaraq fəaliyyət göstərməsi ikinci nazirin Mikayıl Cabbarov olma ehtimalını aşağı salır. Çünki M.Cabbarov İqtisad Universitetində 2002-2004-vü illərdə magistr təhsili alıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR