Saat:04:46
Haqqımızda

Türkiyəli ekspertlərdən yanaşma: Rusiya ilə Türkiyənin əməkdaşlığı hamı üçün sərfəlidir

2022-08-10 18:52:00

Türkiyəli ekspertlərdən yanaşma: Rusiya ilə Türkiyənin əməkdaşlığı hamı üçün sərfəlidir

Türkiyənin beynəlxalq problemlərin həllində özünü ABŞ və AB-dən daha çox Rusiya və Çinə yaxın hiss edir. Bu barədə "Türkiyə" qəzetində politoloq Cevdət Fırat Aydoğmuş yazır. Məqalədə politoloq Moskva ilə Ankara arasında möhkəm münasibətlərin müvəqqəti yox, uzunmüddətli olacağına inandığını bildirir.
Rusiya-Ukrayna münaqişəsinin ilk günlərindən hər iki tərəfi danışıqlar masası arxasına keçirə bilən Türkiyə, eyni zamanda, tədarük zəncirinin-ilk növbədə qida və enerji təminatçısı funksiyasını öz üzərinə götürür. Moskva ilə Qərb ölkələri arasında Türkiyənin əsas iqtisadi körpü rolu Rusiya-Türkiyə əməkdaşlığının dərinləşməsinə görə bəzi Avropa ölkələri tərəfindən tənqid olunsa da, ekspertlər Türkiyənin qurduğu iqtisadi əlaqələrin əslində yeni təhlükə ilə ən çox üz-üzə qalan Qərb ölkələrinin qida və enerji böhranı yaralarına məlhəm olduğunu vurğulayırlar.
Uludağ Universitetinin müəllimi, professor, doktor Ferhat Pirinççi ""Türkiye" qəzetinə müsahibəsində qeyd edib ki, Türkiyə-Rusiya münasibətləri əslində beynəlxalq sistemin transformasiyasına uyğun olaraq inkişaf edir.
“Bundan sonra tərəflər münasibətlərini elə inkişaf etdirirlər ki, onları “ağ”-"qara" deyil, “rəngarəng münasibətlər modeli” kimi xarakterizə etmək olar. Belə ki, əməkdaşlıq sahələri və fikir ayrılıqlarının yarana biləcəyi başqa sahələr də var ki, Türkiyənin Rusiya ilə xüsusi münasibət inkişaf etdirməsi təkcə Türkiyə-Rusiya münasibətlərinə deyil, digər ölkələrə də xeyir verir. Bu unikal münasibət öz bəhrəsini verdi. Biz humanitar dəhlizlərin açılmasından tutmuş münaqişə tərəflərinin son dövrlərdə eyni danışıqlar masası və taxıl dəhlizinə gətirilməsinə qədər bir çox cəhətdən bunu gördük. Enerji kontekstində oxşar hadisələrin şahidi olacağıq. Qərb ölkələri bu vəziyyəti anlamalıdır. Türkiyəni tənqid edirlər və bunu anlamaqla Türkiyə ilə münasibətlərini inkişaf etdirərək dərk etməlidirlər ki, bəzi sahələrdə Türkiyənin həssaslıqlarını nəzərə almaqla əməkdaşlıq edilə bilər. Bu vəziyyət Türkiyə və Rusiyanın Suriyada eyni tərəfdə və ya Ukrayna hadisələri ilə bağlı barrikadaların eyni tərəfində olması demək deyil. Vəziyyəti yalnız tərəflərin gərginlikdən qaçdığını və buna görə də bunun mümkün olduğu sahələrdə əməkdaşlıq edə biləcəyini göstərən hadisə kimi baxmaq olar. Türkiyənin müdaxiləsi bir çox problemlərin yumşaldılmasını və ya həllini təklif edir”, deyə professor qeyd edir.
Ankaranın "Bayezid Yıldırım Universiteti"nin müəllimi, professor Dr.Bilal Sambur bildirir ki, Türkiyə uzun müddətdir yeganə mümkün kurs kimi Qərbə baxıb. “Türkiyə özünü ABŞ və Aİ-dən daha çox Rusiya ilə Çinə daha yaxın hiss edir və bir çox beynəlxalq problemlərin həllində Rusiyanı özünün strateji tərəfdaşı kimi görür” deyərək, sözlərinə belə davam edib: “Biz taxıl dəhlizini açanda bu strateji əməkdaşlığın konkret təcəssümünü gördük. Ukraynada xüsusi əməliyyatın başlamasından sonra Türkiyə Rusiyanın dünyaya çıxış nöqtəsinə çevrildi.Bütün beynəlxalq boykotlara baxmayaraq, Aİ ölkələri Türkiyə sayəsində Rusiya ilə münasibətlərini qoruya bilir. Türkiyənin qurduğu strateji əlaqələr sayəsində Rusiya ilə həm Qərb, həm də Rusiya çoxlu faydalar əldə edir. Bunu təhdid kimi qəbul etməyə dəyməz. Belə strateji əməkdaşlıq hamıya sərf edir”.
Rusiya-Türkiyə münasibətlərinin gələcəyinə də münasibət bildirən doktor Sambur vurğulayıb: "Türkiyə ilə Rusiya arasında münasibətlər konkret layihələr üzərində qurulub. Bu əlaqələrin iki güclü göstəricisi var. Biri Akkuyu Atom Elektrik Stansiyasının ruslar tərəfindən tikilməsidir, digəri isə Rusiyadan S-400 alınmasıdır.Bu iki məqam Rusiya ilə Türkiyə arasında münasibətlərin müvəqqəti yox, daimi və uzunmüddətli olacağına işarə kimi qiymətləndirilməlidir”.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR