Türkiyəli azarkeşlər Ermənistan yığması ilə səfər oyununa buraxılmayacaqlar

2023-03-06 20:26:00

Türkiyəli azarkeşlər Ermənistan yığması ilə səfər oyununa buraxılmayacaqlar

Türkiyəli futbol azarkeşləri AVRO-2024-ün seçmə mərhələsində milli komandalarının Ermənistan yığması ilə səfərdə keçirəcəyi oyuna buraxılmayacaqlar.

Hurriyyet.Az xəbər verir ki, bu barədə Ermənistan Futbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, UEFA-nın xüsusi qərarına əsasən, martın 25-də I tur çərçivəsində “Vazqen Sarkisyan” stadionunda baş tutacaq qarşılaşmada qonaq komanda azarkeş dəstəyi olmadan çıxış edəcək.

Qeyd edək ki, bu komandalar arasında Türkiyədəki oyun sentyabrın 8-də olacaq.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.241783