Türkiyədən Qəzza əhalisinə dəstək
2023-11-01 15:01:46
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Türkiyə Qəzza bölgəsində 20 ədəd səhra xəstəxanası qurmağa hazırdır. Bu barədə açıqlamanı ölkənin səhiyyə naziri Fahrettin Koca verib.
Nazir deyib: “Biz Qəzza üçün 20 səhra xəstəxanası qurmağa hazırıq. 40 ədəd təcili yardım maşını göndərməyi planlaşdırmışdıq – onlar artıq xidmətə hazırdırlar. İcazə verilən kimi dərhal regionda tibbi xidmət göstərməyə hazırıq”.
Hürr Tərcüman