Saat:19:09
Haqqımızda

Türkiyədən qayıdan vətəndaşlara Naxçıvan Gömrüyündə divan tutulur - VİDEO

2022-05-23 11:56:00

Türkiyədən qayıdan vətəndaşlara Naxçıvan Gömrüyündə divan tutulur - VİDEO

Onların gətirdiyi ərzaq məhsulları gömrük əməkdaşları tərəfindən heç bir tutarlı səbəb göstərilmədən dağıdılır

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi ilə bağlı vaxtaşırı mətbuatda, o cümlədən müxtəlif sosial şəbəkələrdə şikayət xarakterli materiallar yayımlanır. Və həmin informasiyalarda deyilir ki, Azərbaycanın digər bölgələrindən Naxçıvan Muxtar Respublikasına gətirilən mallara gömrük rüsumu tətbiq olunur. Bundan başqa, Naxçıvan Gömrüyünün əməmkdaşları  qardaş Türkiyəyə getmək istəyənlərin qarşısında əcaib şərt qoyub. 

Bununla bağlı verilən məlumata görə, Naxçıvan Gömrüyündən Türkiyəyə keçən hər bir şəxs əlində minimum 40 dəstə göyərti aparmalıdır. Yox, əgər şəxs qardaş ölkəyə avtomobillə gedirsə, o zaman göyərti dəstə ilə deyil, kilo ilə hesablanır. Və bu şərtə əməl etməyənlər sərhəddən buraxılmır. 

Həqiqətən də analoqu olmayan "qərar"dır. Hələ bu, harasıdır. Hurriyyet.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi ilə bağlı sosial şəbəkələrdə yayılan son videogörüntüdə isə qeyd olunur ki, Türkiyədən Naxçıvana qayıdan vətəndaşlara Naxçıvan Gömrüyündə divan tutulur, onların gətirdiyi ərzaq məhsulları gömrük əməkdaşları tərəfindən heç bir tutarlı səbəb göstərilmədən dağıdılır. Maraqlıdır, görəsən nə vaxtsa Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində baş alıb gedən rəzalətə "dur" deyən tapılacaq"!

Hurriyyet.az

https://fb.watch/db1x5yd1JH/

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR