Türkiyədən NATO-ya mesaj: “Geri addım atmayacağıq”
Hurriyyet.az “Sabah” nəşrinə istinadən xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu 30 noyabr-1 dekabr tarixlərində Litvanın paytaxtı Riqa şəhərində keçiriləcək NATO Xarici İşlər Nazirləri Sammitində iştirak edəcək. Çavuşoğlunun gündəmində iki əsas mövzu var: S-400 HHM sistemlərinin alınması və qaçqın problemi.
Çavuşoğlu Türkiyənin Rusiyadan zenit-raket komplekslərini almaqdan geri addım atmayacağını, S-400-lərin hücum yox, müdafiə sistemi olduğunu həmkarlarına bildirəcək. Əfqanıstan və qaçqın böhranı da müzakirə ediləcək.
Sammit çərçivəsində Çavuşoğlu NATO-nun Baş katibi Yens Stoltenberq və amerikalı həmkarı Entoni Blinken ilə də görüşəcək. Suriya, Liviya, Şərqi Aralıq dənizindəki vəziyyət, F-16 tədarükü və F-35 məsələləri də müzakirə olunacaq.
Hürr Tərcüman