Saat:15:31
Haqqımızda

Türkiyədəki yanğınların görünməyən səbəbləri

2021-08-03 11:23:00

Türkiyədəki yanğınların görünməyən səbəbləri

Qardaş ölkənin üzərində aparılan eksperiment, yoxsa Türkiyənin “yandırdıqları”nın ona yanğınla cavab verməsi...

Düzdür, qardaş ölkənin düşməni olan imperialistlərin maşası PKK özünü yanğınların müəllifi kimi elan etdi, amma bu arxa plandakı daha nəhəng terrorçunu ört-basdır etmək məqsədi güdür...

Hazırda qlobal transformasiya dönəmini yaşayırıq. Cəmiyyətimiz, mədəniyyətimiz, iqtisadiyyatımız və hətta insanlığımız “dövlət liderləri”nin əmri ilə bu dəyişiklik prosesindən keçir. “Covid-19” böhranına qarşı reaksiya isə azlıq tərəfindən verilir, lakin böyük əksəriyyət tərəfindən dəstəklənir.

Artıq 1 həftəyə yaxındır ki, Türkiyədə davam etməkdə olan iri miqyaslı yanğın öz faciəli nəticələrini ortaya qoydu. Yanğın nəticəsində bir neçə nəfər həlak olsa da, xeyli sayda heyvanlar, bitki örtüyü məhv oldu.

Sözə niyə “Covid-19”-dan başladıq, yanğın mövzusu ilə davam etdirdik. Çünki hər iki hadisə içində olduğumuz dünyanın transformasiya prosesinin fraqmanetləridir. Hadisənin mahiyyətinə vardıqca baş verənlərin təsadüf, yaxud sadəcə terror aktından daha çox xüsusi, qüsursuz şəkildə hazırlanmış sui-qəsd planı olması qənaətinə gəlmək olur. Həm də bu hadisələr nəinki dövlətlərin milli, regional, qlobal mövqelərini möhkəmləndirmək cəhdləri kimi özünü göstərir, eləcə də qlobal güclərin milli maraqlarından çıxış edən dövlətləri öz hökmü altına alır, yeni dünya düzəninin formalaşan konturları çərçivəsində öz yerini alması istiqamətində həyata keçirilən əməliyyat kimi əksini tapır.  

Məlumdur ki, Türkiyənin müstəqil siyasət yürütməsinə hər addımda əngəl törətməyə çalışan ABŞ onu öz orbitindən buraxmaq fikrindən çox uzaqdır. Türkiyənin İpsala məntəqəsindən 30 dəqiqə zaman məsafəsində yerləşən, hazırda Yunanıstana aid Dedeağac məntəqəsində mövqe tutmuş 400 tankın və zirehli hərbi texnikanın da yer aldığı ABŞ hərbi bazası təsadüfən keşik çəkmir...

ABŞ qoşunlarını Əfqanıstandan çıxarır. Ərdoğan-Bayden görüşündə Kabil hava limanında təhlükəsizliyi təmin etmək  görəvi Türkiyəyə verilsə də, görünür, bu təqdimat və etimad şifahi şəkildə baş verib. Çünki son günlərdə Ərdoğan dünyanın gözü qarşısında və hər kəsin eşidə biləcəyi tərzdə Baydendən “rəsmi-yazılı zəmanət” tələb etdi. Düşünə bilərik ki, Türkiyə nəyə görə şifahi zəmanətlə kifayətlənmədi və “yazılı qarantiya” istədi? Məqsəd Türkiyənin kimə və nəyi göstərməsi idi? Bir Kəmər Bir Yol layihəsində Çin-Türkiyə əməkdaşlığını göz önünə alsaq, bu zəmanət nümayişinin ünvanlandığı tərəfin məhz Çin olduğunu düşünə bilərik. Hətta çox təəssüf ki, yanğınsöndürmə və meşə təsərrüfatının idarə edilməsi sahəsində nəzərə çarpacaq qədər uğurları olmayan qardaş ölkəyə yanıb-sıradan çıxan ərazilərin bərpasında uzanacaq maddi yardım əlinin Çindən gələ biləcəyini də təxmin edə bilərik. Çinin maddi köməyinin isə perspektiv baxımından nəyə hesablandığı məlumdur. Borcla ölkələri ələ keçirmək...

Qayıdaq Ərdoğan-Bayden görüşünə. Bu görüşdə ABŞ-ın Əfqanıstanda istifadə etdiyi yerli qüvvələr mövzusu müzakirə edilməli idi və bu qruplar İranı keçərək Türkiyəyə gəlməyə başladılar! Nədənsə əfqan axını ilk gəldikləri ölkədə - İranda ayaq saxlamadan, birbaşa özlərini Türkiyəyə atırlar. Əlbəttə, ölüm qorxusu qarşısında, can hövlü ilə başını götürüb qaçan insanı qınamaq olmaz. Amma nəzərə alaq ki, iqtisadiyyatı Türkiyəninkindən qat-qat inkişaf etmiş olan Almaniya və digər Avropa ölkələri qaçqın axınından “daş atıb başlarını tutduqları” halda, bu insan selinin Türkiyə üçün nə demək olduğu aydındır.  Mənbələrin xəbər verdiyinə görə, kimin Türkiyəyə gedəcəyi ilə bağlı ABŞ-ın Kabildəki səfirliyində qərar verildiyinə dair məlumatlar var. Məntqi olaraq inanmaq olar. Çünki təşkilatçı kimidrsə, prosesi  də o idarə edir və hər şeydən halidir.

Düşünməyin ki, qaçqın axını xaotik şəkildə baş verir. Xeyr, ABŞ çıxdığı ölkədən ardında qoyduğu hər şeyi planlayaraq çıxır. Türkiyəyə gələn insanların bəzilərinin özbək və türkmən əsilli olması real qiymətləndirmələr aparmağımıza mane olmamalıdır. Çünki aydındır ki, gələnlərin hamısı Əfqanıstanda daxili qarşıdurmalarda istifadə edilmiş və silah tutacaq yaşda olan kişilərdir...

Bu arada, nədənsə Türkiyə vətəndaşlarını peyvənd növbəsinə düzən, bu məsələyə aşırı həssas yanaşan səhiyyə idarəsi pərakəndə şəkildə ölkəyə dağılan, fiziki-psixi sağlamlığının nə yerdə olduğu bəlli olmayan miqrant axınının ölkə səhiyyəsinə nə kimi “sürprizlər edə biləcəyindən” xəbərdar deyil. Üstəlik, bu miqrant səfərinə hamı gələ bilməz! İranın öz ərazisindən belə təşkilatçılıqda istifadə etməsinə icazə verməsi də düşündürücüdür. Beləliklə, İrandan-şərqdən qərbə keçərək gəlirlər.

Başqa bir düşündürcü məsələ də var. ABŞ Suriyada İŞİD bayrağı altında istifadə etdiyi minlərlə döyüşçünü Kabilə göndərmişdi. İndi Əfqanıstandan çıxarkən bütün bunları nə etdi? Onları əfqan adı ilə Türkiyəyə göndərdi? Yoxsa bu döyüşçüləri Türkiyədə istifadə etməyə qərar verdilər? Təsadüfi deyil ki, 2021-ci il 12 iyulda Taliban, “Çin bizim üçün dost ölkədir, uyğurlar isə separatçılardır” bəyanatını verdi.  Türkiyə ABŞ-la ortaq məxrəcə gələcəyi təqdirdə “Taliban-Çin” əməkdaşlığının bəhrələrini “dada bilər”, Çinlə əməkdaşlıq sabit qalarsa Vaşinqtondan zərbə ala bilər. Necə ki, son 1 həftənin yanğınları buna işarədir. 

Əfqanıstan dünyanın iki böyük narkotik mərkəzindən biridir. Əfqanıstan və Nyu York arasında narkotik ticarəti ABŞ -ın gizli hərbi əməliyyatlarının xərcləri üçün istifadə olunur. DİN rəhbəri Süleyman Soylu "Əfqanıstanda narkotik əldə etmək üçün istifadə olunan bitkilərin əkin sahələri ABŞ işğalı dövründə 5 dəfə artdı",  - dedi. İndi Əfqanıstanda narkotik əkinçiliyi tamamilə Talibanın nəzarətində qalıb.

BBC "Taliban necə quruldu, bu günə necə gəldi?" başlıqlı yazısında, "1990 -cı illərin əvvəllərində Pakistan kəşfiyyat xidməti, sərhəd bölgələrində, öz torpaqlarında bir çox "mücahid"ə dini və hərbi təlim keçdi. Bu tələbələr illər sonra Talibanın təməli olacaqdı. Pakistan fərqlənən tələbələri ABŞ-a tanıtdı" və mövzu burada kəsilir. O günlərdə "Taliban komandirlərindən 200 -ü Pentaqonda təlim keçdi" başlıqlı xəbərlər var idi. Yəni bu humanitar deyil, siyasi əməliyyatdır! Yəni Türkiyə qəsdən qaçqın və miqrant axınına məruz qoyulur.

Əfqanıstandan sonra ABŞ son qoşunlarını İraqdan da çıxarmağa qərar verdi. Onlar həmçinin Suriyadan çəkilməyi müzakirə edirlər. Həmin ABŞ Türkiyə sərhədindəki “Alexandropol”a 400 tank yeritdi. Bəziləri bu tankların Türkiyədən Avropaya köç axınını dayandırmaq üçün gətirildiyinir, digərləri isə Yunanıstanı türk hücumundan qorumaq üçün gətirildiyini söyləyir. "ABŞ-ın Türkiyə sərhədində 400 tank toplaması Qara dənizə təhlükəsiz çıxışı üçündür", - deyənlər də var. Bizcə, bu tankların hədəfi Türkiyənin İstanbuludur! ABŞ cənubda PYD əyalətini qurdu. Yəni Türkiyəni mühasirəyə aldı. Peyvənd olunmayan silahlı insanlar Türkiyəyə gətirilərkən, əli silah tuta biləcək yaşda olan 12 yaşından yuxarı bütün türklərin niyə ucdantutma peyvəndlənmək istənməsi heç kimi düşündürmür.

Türkiyənin üzərində əməliyyat aparılması aydındır. O həm milli dövlət kimi hədəfdədir, həm də yeni qlobal düzəni gətirmək təşnəsində olanların hədəfindədir, yəni zərbə ikitərəflidir.

Burada bir haşiyə çıxaraq Belarus prezidenti A.Lukaşenkonun sosial şəbəkələrdə və mediada Dünya Bankı və İMF-dən nəhəng maliyyə təklifini aşağılayan şərhinə rast gələ bilərik. A.Lukaşenko bəyan edir ki, İMF və Dünya Bankı indiyə qədər təqdim etdiyindən 10 dəfə artıq vəsait təklif edir, əvəzində isə “dəhşətli xortdan”, “vampir” koronavirusla mübarizə şərti qoyur. Belə çıxır ki, Klaus Şvabın “ağzı köpüklənə-köpüklənə” təqdimatını etdiyi “qlobal reset”ə qarşı çıxan ölkə yalnız İsveçlə Belarus oldu. Qalan digər ölkələrin üzərində peyvənd və iqtisadiyyatın (hələ ki) çökdürülməsi ilə düzənlənən, oynanan pandemiya tamaşası oynanır.

Türkiyənin üzərində artıq tamaşanın 2-ci seriyası oynanmaqdadır. Təsadüfi deyil ki, uzun “plandemiya” qapanmasından sonra Türkiyə üçün iqtisadi baxımdan əhəmiyyətli olan turizm obyektlərini işəyaramaz duruma gətirən yanğın da bir çox suallar doğurdu. Əsas da bu terror aktının müəllifi baxımından. Düzdür, qardaş ölkənin düşməni olan imperialistlərin maşası PKK özünü yanğınların müəllifi kimi elan etdi, amma bu arxa plandakı daha nəhəng terrorçunu ört-basdır etmək məqsədi güdür. Bir neçə günün içində Türkiyə kimi ölkədə demək olar ki, eyni anda yandırma əməliyyatı manual olaraq aparıla bilməz. Xatırlayırsınızsa, 2021-ci il 23 iyulda Dubayda İngiltərənin Reading Universitetinin elmi əməkdaşları tərəfindən süni şəkildə dronlar ilə buludlara elektroşok verilərək yağdırılan süni yağış barədə xəbər servis olundu. Hətta yağışın qarşısı alına bilmirdi. Ardınca Almaniyadan başlayaraq daşıqnlar Avropanı ağuşuna aldı. Niyə Almaniyanı? Çünki elə bu yağışdan öncə A. Merkel ölkəsində koronavirus qapanmasına geri dönülməyəcəyini bildirdi və Almaniya tufanlara qərq oldu. Əgər süni yağış yağdırmağa hədəflənmiş texnologiya varsa, süni yanğınlar yarada bilən texnologiyaların da olması mümkündür. Bu yanğında lazer, mikrodalğalı sobalar və hissəcik şüalarından istifadə edilməklə yüksək diqqət mərkəzində olan enerji ilə hədəfinə ziyan vuran silahdan - istiqamətləndirilmiş enerji silahından söhbət gedə bilər (DEW). Bu texnologiyanın potensial tətbiqləri arasında personal, raketlər, nəqliyyat vasitələri və optik qurğuları hədəf alan silahlar var. ABŞ-da Pentaqon, DARPA, Hərbi Hava Qüvvələri Araşdırma Laboratoriyası, ABŞ Silahlı Araşdırmalar İnkişaf etdirmə və Mühəndislik Mərkəzi, Dəniz Tədqiqat Laboratoriyası ballistik raketlərə, hipersəsli qanadlı raketlərə və hipersəsə qarşı yönəlmiş enerjili silahlar və dəmiryol tüfəngləri üzərində araşdırma aparır. Bu sistemlərinin 2020-ci illərin ortalarından sonlarına qədər ən qısa müddətdə istifadəyə verilməsi gözlənilirdi. Elektro-Maqnit Laboratoriya Ray Silahı 2012-ci ildən sınaqdan keçirilir. Bax belə...

Fikrimizcə, Türkiyədəki yanğınlar bu silahın qardaş ölkə üzərində geniş sınağı idi və müəllifi isə ABŞ idi. Yəni yanğının müəllifi özünü “atəşin övladları” adlandıran PKK-nın “sahibləridir”. Dubayda süni yağışın yağdırılması sınağının uğurla nəticələndiyini diqqətə alsaq, Türkiyədəki yanğınları bu cür söndürmək olardımı? Əlbəttə, olardı. Amma olmadı ki, Türkiyə tam yansın.

Yeri gəlmişkən, bu həftə ərzində Türkiyədə lentə alınan, harasa enən “alov kürəcikləri”nin görüntüsü bunu deməyə əsas verir. Bu əməliyyatda ABŞ-ın Türkiyəyə biçdiyi cəza nə idi? Prezident Bayden prezident Ərdoğanı devirmək üçün çevriliş əməliyyatının ölkənin içindən başlanmasının zərurətini bəyan etmişdi. Onsuz da çətin vəziyyətdə olan qardaş ölkəni daha da çətin vəziyyətə salmaq, ölkə iqtisadiyyatında mühüm yerə malik tuzim bölgələrini yandırıb-kül etmək əhalini dövlətin üstünə qaldırmağa hesablanır. Üstəlik də insanların narazılığı məcburi və şübhəli peyvəndləmə ilə körüklənir. Əfqan qaçqınları da bir tərəfdən. Bəs bu terror əməliyyatında kürəsəlçi mafiyanın məqsədləri nə ola bilər? Türkiyəni kürəsəl oliqarxiyanın-A.Lukaşenkonun təbirincə desək, İMF və Dünya Bankı sahiblərinin qarşısında diz çökdürmək, yeni dünya düzəninə itaətlə tabe olmaq. Düşünsək ki, yanğın sayəsində əkin sahələri, heyvanlar tələf oldu, qarşıdan nəyin gətirilməsinin hədəfləndiyini hesablaya bilərik. Bu, aclıq və qıtlıqdır. Həm də təkcə Türkiyədə yox, dünya səviyyəsində.

Dünən gələn xəbərlərə görə, Yunanıstan və İtaliyada da böyük miqyaslı yanğınlar baş verib. İlon Maskın “Starlink” layihəsini də burada yad etməliyik. Ola bilsin ki, bu yanğın onun da hələ bizə məlum olmayan yeni texnologiyasının sınağı idi. Hazırda qlobalizmin iki cinahı var - Çin və ABŞ. Hər iki qlobalizm cinahının məqsədi Türkiyəni özünə bağlamaqdır. Çin bunu borclandırma ilə (hələ ki) etməyə üstünlük verir, ABŞ üçün isə hər üsul məqbuldur. Aclığın qarşısını almaq üçün istər-istəməz “süni ət” projesi zəruri önəm qazanacaq. O cümlədən də təbii bitki örtüyünün yanması, təbii toxumların tələf olması ilə GMO toxumlar da aktivləşəcək. Təsadüfi deyil ki, “süni ət”, o cümlədən “vegeterianlıq” həddən çox reklam olunur. Məqsəd insanın qidasını dəyişməklə fitrətini dəyişməkdir. Sizcə, nəyə görə ət yeyən canlılar döyüşkən olur, ot yeyənlər isə “əliquzusu”? Ot yeyənlər mübarizə apara, döyüşə bilmir, asan əhilləşdirilir, kölələşdirilir. Ət yeyən heyvanların əhilləşmə səviyyəsi ilə ot yeyənlərinki eynidirmi? Əlbəttə, yox! Ot yeyənlər “sakit sürüdür”...

Daha bir nüansı qeyd edək. 1,5 ildir davam edən gah qapanma, gah açılma rejimində kim daha azad, sərbəst oldu - kəndlilərmi, şəhərlilərmi? Əlbəttə, kəndlilər, torpağı olan insanlar. Ən azad insan torpağı olan insandır. İnsanları torpaqlarından qoparıb bir neçə saat ərzində rahalıqla “həbsxanaya çevrilməyə münasib olan şəhərlər”ə toplamanın məqsədi də onları asanlıqla çıxılmaz vəziyyətə salmaqdır, çünki şəhərləri çox rahatlıqla “əsir düşərgəsi”nə çevirmək mümkündür. Buna görə meşələr, torpaq yandırılır. Bu genişmiqyaslı yanğınların nəticəsi ölkədə fövqəladə vəziyyətin elan edilməsi olar və kimsə cızığından çıxa bilməz, bir anda azadlığını itirər. Son xəbərlərə görə, Türkiyə ərazisində geniş miqyasda elektrik kəsintisi yaşanır. Doğrudur, hazırda bu kəsinti yanğınlar səbəbi ilə yaşanmış ola bilər, amma başqa dövlətin ərazisindən ya da hansısa yeni texnologiyalı silahdan istifadə etməklə kiberhücumla ölkəni elektriksiz qoymaq və təcrid etmək də mümkündür. Necə ki, Azərbaycan ölkə üzrə belə elektrik kəsintisini Mingəçevir SES-inə hücum zamanı yaşadı. Demək, son çarə yenə elmi-texnoloji inkişafdan yapışmaqdır. Ümid edirik ki, Türkiyə milləti ona edilən bu məkrli hücumun cavabını verəcək.

Ülviyyə ŞÜKÜROVA         

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR