Saat:22:57
Haqqımızda

Türkiyədəki yanğınla mübarizəyə PUA-lar cəlb edildi

2021-08-03 15:22:00

Türkiyədəki yanğınla mübarizəyə PUA-lar cəlb edildi

Türkiyənin müxtəlif yerlərində baş verən meşə yanğınları ilə mübarizədə mühüm rol oynayan pilotsuz uçuş aparatları (PUA) alovlara "nöqtə atışı" sistemi ilə müdaxilə edir. PUA görüntüləri Yanğın İdarəetmə Mərkəzindən anbaan izlənilir. Kənd Təsərrüfatı və Meşə Nazirliyinə aid Meşə Təsərrüfatı Müdirliyi meşə yanğınları ilə mübarizə çərçivəsində aşkarlama, müdaxilə və söndürmə müddətini qısaltmaq üçün ən son texnoloji imkanlardan istifadə edir.

Yanğınsöndürmə birliyindəki PUA-lar vasitəsilə İstanbuldan Hataya təxminən 1650 kilometr məsafədə birinci dərəcəli həssas sahələr və Şimali Kipr Türk Respublikası meşələri müşahidə olunur.

Hazırladı: Ülviyyə Şükürova

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR