Saat:19:05
Haqqımızda

Türkiyədəki seçkinin taleyini suriyalılar həll etdi? - Yalanlar və gerçəklər

2023-05-30 14:47:00

Türkiyədəki seçkinin taleyini suriyalılar həll etdi? - Yalanlar və gerçəklər

Türkiyə ilə bağlı psixoloji əməliyyat silahlarından biri budur ki, “seçkinin taleyini suriyalılar həll etdi”. Əksər müxaliflərin sığındığı arqument budur. Halbuki bu bütün seçkilər sonrası xalqı “cahil” deyə təhqir edən solçu müxaliflərin və ortaqlarının (FETÖ, HDP/PKK və s.) yeni yalanıdır.

Bəli, Türkiyədə milyonlarla suriyalı qaçqın var. Ancaq onlardan sadəcə 167 mininin səs vermə hüququ var. Bəli, yalnış oxumadınız: 167 min.

İraq Kürdüstanının saytı olan “Rudaw”a CHP sədrinin müavini Onursal Adıgözəlin verdiyi açıqlamaya görə, Suriya, Əfqanıstan, Liviya, İraq və İranda doğulan 240 minə yaxın seçici var. Bunlardan 167 mini Suriyada, 23 mini Əfqanıstanda, 21 mini İranda, 16 mini İraqda, 6 mini Liviyada doğulub.

Bəs Türkiyədə nə qədər seçici var:

64 197 419, yəni altmış dörd milyon yüz doxsan yeddi min dörd yüz on doqquz nəfər.

167, ya da toplam xarici sayı ilə götürsək, 240 min 64 197 419 nəfərin neçə faizi edir? 0,35 belə etmir.

Belə olan təqdirdə toplamı 0,35 faiz belə etməyən kütlə seçkinin qədərini necə təyin edir?

Deyək ki, 240 min əcnəbinin hamısı seçkiyə gedib və Ərdoğana səs verib. Rəsmi olmayan sonuclara görə, Ərdoğan 27 725 151 səs qazanıb. Yenə toplam əcnəbi səsi 1 faiz belə etmir.

Belə olan təqdirdə, “seçkinin taleyini suriyalılar həll etdi” iddiasının uduzacağını bilən müxalifət üçün can simidindən başqa bir şey olmadığı açıq-aşkar görünür.

Necə deyərlər, uduzan güləşçi oyuna doymazmış…

yenicag.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR