Saat:08:50
Haqqımızda

"Türkiyədəki meşə yanğınları daxili siyasi mübarizənin vasitəsinə çevrilib" - XAQANİ CƏFƏRLİ

2021-08-04 14:44:00

"Meşə yanğınları nə qədər ağır nəticələrə səbəb olsa da, geri zəkalı siyasi düşüncənin doğuracağı fəlakətlə müqayisə oluna bilməz"

"Türkiyədəki meşə yanğınları soydaşlarımız tərəfindən ürək yanğısı ilə izlənir. Antalya, Mersin, Adana, Osmaniye, Maraş, Muğla, Kütahya, Kocaeli, Aydın, Hatay, Kayseri ve Kilisdə meşələr atəşin içində qovrulur. Bu yanğınlarla bağlı xəbərləri ürək ağrısı olmadan, yanğınla bağlı mənzərəni əks etdirən fotoları üzüntüsüz izləmək mümkün deyil". Hurriyyet.az-ın məlumatına görə, bunu politoloq Xaqani Cəfərli deyib.

Politoloq hesab edir ki, Anadolunun "ağ ciyərləri" qovrularkən Türkiyədə bu olay daxili siyasi mübarizənin vasitəsinə çevrilib: "Halbuki qorxunc yanğınlarla bağlı xəbərlər dünyanın əksər ölkələrindən gəlir. Türkiyə mediasının özündə də bugünlərdə bir çox ölkələrdəki meşə yanğınları ilə bağlı xəbər bolluğu yaşanır: ""Yunanistanda ormanlar alevlere teslim oldu", "ABD-deki orman yanğınları korkunç bilanço: New York Los Angeles ve Chicagonun toplamı büyüklüğünde alan yandı", "İtaliyada 800 yanğın", "Yunanistanda 120 yanğın", "Dünya yanıyor: Türkiyede yangın felaketi yürekleri dağlarken, gezegenin dört bir köşesinde ormanlar alevlere teslim oldu. ABD-den Yunanistana, İtalyadan Kanadaya, bir çok ülkede milyonlarca hektar ormanlık alan yanarak kül oldu". Bu kimi onlarla xəbər başlığına rast gəlmək mümkündür. Ancaq bu yanğınların olduğu heç bir ölkədə yanğından daxili siyasi mübarizədə, hansısa dini, etnik və siyasi qrupu günahlandırmaq üçün istifadə edilmir. Türkiyədə isə yanğınların məsuliyyəti etnik və siyasi qrupların, hətta ana müxalifət partiyasının üzərinə qoyulmasına cəhd edilir. Meşə yanğınları nə qədər ağır nəticələrə səbəb olsa da, geri zəkalı siyasi düşüncənin doğuracağı fəlakətlə müqayisə oluna bilməz".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR