Türkiyədə zəlzələdə 2000 illik tarixi abidə dağıldı - FOTO

2023-02-14 12:20:00

Türkiyədə zəlzələdə 2000 illik tarixi abidə dağıldı - FOTO

Böyük fəlakətə səbəb olan ikiqat zəlzələ

Zəlzələdən sonra Adıyamandakı tarixi xarabalıqlarla bağlı araşdırma aparan qruplar Nemrut Dağı Milli Parkında yerləşən tarixi qoruqda “Əlsıxma sütunu”nun dağıldığını aşkarlayıb.

Bildirilib ki, sütun yaxın günlərdə ilkin formasına uyğun olaraq yenidən qurulacaq. 2000 illik tarixi kurqanın qərbində yerləşən sütunda Kommagene kralı I Antioçosun (e.ə. 69-36-cı illər) oğlu kral II Mitridatesin (e.ə. 36-20-ci illər) öz bacısı Laodike ilə əl sıxışdığı görüntü əks olunub.

Eyni zamanda qeyd edilib ki, Kommagene kralı I Antioçosun tanrılara və əcdadlarına minnətdarlığını göstərmək üçün 2150 metr yüksəklikdəki Nemrut dağında tikdiyi tanrı heykəlləri zərər görməyib.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.196090