Türkiyədə zəlzələ
2025-05-22 09:06:46

Hurriyyet.az Türkiyənin "Sabah" nəşrinə istinadla xəbər verir ki, Türkiyədə, Egey dənizinin sahillərində güclü təkanlar qeydə alınıb.
Bu varədə Türkiyənin təbii fəlakətlərin və fövqəladə halların nəticələrinin aradan qaldırılması idarəsi - AFAD məlumat verib.
6,1 bal gücündə olan zəlzələnin episentri Muğla vilayətinin Datça rayonunda 166 km məsafədə, 17,7 km dərinlikdə olub. Təkanlar İzmirdə və ətraf bölgələrdə əhali arasında təşvişə səbəb olub.
Hürr Tərcüman
