Türkiyədə Ulu Öndər Heydər Əliyevin doğum günü və 28 may Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçiriləcək
2024-05-08 13:36:47
Türkiyədə Ulu Öndər Heydər Əliyevin doğum gününə və 28 may Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçiriləcək.
Hurriyyet.az bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla xəbər verir.
Milli Məclisin deputatları Müşfiq Cəfərov və Cəbi Quliyev mayın 8-dən 12-dək Türkiyənin Ərzurum, Ərzincan və Ordu şəhərlərində səfərdə olacaqlar.
Deputatlar bu şəhərlərdə Ümummilli Lider Heydər Əliyevin doğum günü və 28 may Müstəqillik Günü münasibətilə Azərbaycanın Qars şəhərindəki Baş Konsulluğunun təşkil etdiyi tədbirlərdə iştirak edəcəklər.
Hurriyyet.az