Türkiyədə torpaq sürüşməsində həlak olan azərbaycanlının ŞOK GÖRÜNTÜLƏRİ - VİDEO

2022-07-01 20:03:00

Türkiyədə torpaq sürüşməsində həlak olan azərbaycanlının ŞOK GÖRÜNTÜLƏRİ - VİDEO

Türkiyənin Artvin şəhərində baş verən torpaq sürüşməsində həlak olan TIR sürücüsünün azərbaycanlı olduğu açıqlanıb.

Hurriyyet.az bildirir ki, bu barədə AZİNFORM.AZ-in "qaynar xətt"inə hadisə yerində olan şahid məlumat verib.

Məlumata görə, uçqun nəticəsində Türkiyə vətəndaşı olan daha iki TIR sürücüsü də xəsarət alıb.

Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) şöbə müdiri Ruslan Eldaroğlu feysbukda ölən şəxsin kimliyi barədə yazıb.

O qeyd edib ki, Arvin vilayətində torpaq uçqunu zamanı həlak olan azərbaycanlı 99-HY-188 dövlət nömrə nişanlı yük avtonəqliyyat vasitəsinin sürücüsü Şahlar Kərimovdur.

 

 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.056611