Türkiyədə tanınmış azərbaycanlı qətlə yetirildi - Kriminal aləmin adamı imiş...

2022-09-03 11:16:00

Türkiyədə tanınmış azərbaycanlı qətlə yetirildi - Kriminal aləmin adamı imiş...

İstanbul şəhərinin Fatih bölgəsindəki idman zalında silahlı insident yaşanıb.

Hurriyyet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Seyyid Ömer məhəlləsində yerləşən idman zalında bir nəfər güllələnərək öldürülüb. Hadisə yerinə polis və təcili yardım briqadası cəlb olunub.

Əldə etdiyimiz ilkin məlumata görə, idman zalında qətlə yetirilən şəxs Ceyhun Beyləqanlı adı ilə tanınan azərbaycanlıdır. Sosial şəbəkələrdə yayılan informasiyaya görə, o, kriminal aləmə yaxın şəxsdir. Onun Yadigar adlı digər azərbaycanlı tərəfindən qətlə yetirildiyi iddia edilir.

Türkiyə mediasında hələ ki, idman zalında güllələnən şəxsin kimliyi ilə bağlı məlumat yer almayıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000098