
Türkiyədə sərnişinlərin olduğu avtomobil qəfildən alovlandı - VİDEO
2022-05-04 22:10:00
.jpg)
Türkiyənin Kocaeli şəhərində hərəkətdə olan avtomobil qəfil alovlanmağa başlayıb.
Belə ki, Ankara istiqamətində yola çıxan R.M.-nın avtomobilinin mühərriki alışıb. Qısa müddət ərzində alov şiddətlənib və sürücü arvadı ilə avtomobili tərk etməyə müvəffəq olub.
Əraziyə gələn yanğınsöndürənlər müdaxilə etsələr də maşın yarasız hala düşüb.
R.M. xərçəng xəstəsi olan həyat yoldaşını müalicə üçün xəstəxanaya aparırmış.
Mənbə: Haber7

Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya