Türkiyədə serialın çəkiliş meydançasında yanğın baş verdi: Film gerçək oldu - VİDEO

2022-09-07 21:52:00

Türkiyədə serialın çəkiliş meydançasında yanğın baş verdi: Film gerçək oldu - VİDEO

Türkiyədə ssenari müəllifi və baş rol ifaçısı müğənni Aydın Aydın olan "Tırpankeş" filminin çəkiliş meydançasında yanğın baş verib.

Filmdə canlandırılan yanğın səhnəsi həqiqi yanğına çevrilib. Hadisənin qarşısını almaq mümkün olmadıqda böyük panika yaşanıb.

Serialda pandemiya dövründə kəndlərini tərk edib şəhərə köçən və sonra evlərinə geri dönən insanların həyatından bəhs edilir. Kəndlilərin yaşadığı çətinliklər və bu səbəbdən bir-biriləri ilə münaqişələri canlandırılır.

Mövzu ilə bağlı açıqlama verən Aydın Aydın ot tayası yandırıldığı zaman bölgədəki qurudulmuş otların nəzərə alınmadığını bildirib.

"Çəkiliş qrupu və işçilər vedrə və kürəklərlə yanğını söndürməyə çalışdılar. Lakin buna nail olmadıqda yanğınsöndürən briqadası müdaxilə etdi. Ətrafdakı saralmış otlar tamamilə yanaraq kül olub. Dəyən zərəri mən qarşılayacağam", - deyə Aydın qeyd edib.

/oxu.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.055138