Türkiyədə sel qurbanlarının sayı artdı - VİDEO
2023-03-15 16:56:00

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyənin Adıyaman və Şanlıurfa vilayətlərində güclü yağışlardan yaranmış sellər nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb.
Adıyaman vilayətinin Tut rayonunda son 24 saat ərzində kvadratmetrə 136 mm yağış yağdığı, 1 nəfərin sudan boğularaq öldüyü, 3 nəfərin itkin düşdüyü bildirilir.
Şanlıurfada son 24 saat ərzində kvadratmetrə 111 mm yağış düşdüyü, 4 nəfərin həlak olduğu, 2 nəfərin itkin düşdüyü bildirilir.
Bu açıqlamadan sonra, Şanlıurfada yanğınsöndürmə briqadaları Yavuz 12 binasının zirzəmisində suriyalı olduğu bildirilən 5 nəfərin nəşini aşkar edib.
Beləliklə, bu şəhərdə sel qurbanlarının sayı 9 nəfərə, ümumilikdə isə 10 nəfərə çatıb.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya