Türkiyədə seçkilərin nəticələri: Qaliblər kim oldu?
![Türkiyədə seçkilərin nəticələri: Qaliblər kim oldu?](/frontend/uploads/miles/secki.jpg)
Türkiyədə dünən keçirilən bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlanıb.
Hurriyyet.az xəbər verir ki, umumi seçki qutularının 99.81 faizi açılıb.
İlkin nəticələrə əsasən, ana müxalifət Cumhuriyyət Xalq Partiyası (CHP) 37.74% ilə liderdir.
Ölkənin hakim Hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) 35.49% ilə 2-ci, Yenidən Rifah Partiyası 6.19% ilə 3-cü yerdədir.
DEM Partiya 5.67%, Milliyətçi Hərakat Partiyası (MHP) 4.98%, İYİ Partiya 3.77%, Zəfər Partiyası 1.72%, Səadət Partiyası 1.09% səs toplayıb. Digər partiyalar bir faizi aşa bilməyib.
Səsvermə prosesi zamanı seçicilərin aktivliyi 73.38% səviyyədə olub.
Nəticələrə əsasən, İstanbulda Cumhuriyyət Xalq Partiyası (CHP) namizədi Ekrem İmamoğlu 51.08% səslə ilk sıradadır. Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) namizədi Murat Kurum isə açılan sandıklara əsasən hələlik seçicilərin 39.59%-nin səsini qazana bilib.
Ankarada da Cumhuriyyət Xalq Partiyası (CHP) namizədi Mansur Yavaş 60.35% səslə rəqibini qabaqlayır. Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) namizədi Turqut Altınok isə səslərin 31.69% toplaya bilib.
CHP İzmir şəhərində də ilk sıradadır - Cemil Tuqay 48.90% səslə birinci, onun rəqibi Ədalət və İnkişaf Partiyasından Hamza Dağ isə 37.07% ilə ikinci sıradadır.
qaynarinfo.az
![](/frontend/uploads/files_son/QAZ12.jpg)