Türkiyədə qaz qovşağının inşasına 2023-cü ildə başlanacaq – Rusiya ilə Avropanın buna ehtiyacı var

2022-11-18 14:39:00

Türkiyədə qaz qovşağının inşasına 2023-cü ildə başlanacaq – Rusiya ilə Avropanın buna ehtiyacı var

Hurriyyet.az xəbər verir ki, Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez Türkiyədə Rusiya tərəfindən təklif edilən qaz qovşağı layihəsinin həyata keçirilməsi üzrə işlərin 2023-cü ilin əvvəlində başlanmasının planlaşdırıldığını söyləyib.

Dönmez NTV telekanalına müsahibəsində deyib: “İlin sonuna kimi biz yol xəritəsi ilə bağlı qərar qəbul etmək niyyətindəyik. 2023-cü ilin əvvəlindən isə müvafiq olaraq layihə üzrə işlərin icrasına başlamaq lazımdır”.

Onun sözlərinə görə, Türkiyə hazırda mümkün qaz tədarükçüləri ilə danışıqlar aparır – bu layihə Avropanın enerji təhlükəsizliyini təmin etməli və bazarda balans yarada bilməlidir.

Trakiyada inşası planlaşdırılan qaz qovşağı vasitəsilə Rusiya əvvəllər “Şimal Axını - 1” və “Şimal Axını - 2” kəmərləri vasitəsilə reallaşdırdığı qaz nəqlini bərpa eləməyə çalışır.

Hürr Tərcüman

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.113001