Türkiyədə prezident və parlament seçkiləri 18 iyunda yox, MAYIN 14-DƏ KEÇİRİLƏ BİLƏR

2023-01-04 12:06:00

Türkiyədə prezident və parlament seçkiləri 18 iyunda yox, MAYIN 14-DƏ KEÇİRİLƏ BİLƏR

Türkiyənin hakim partiyası (AKP) Mərkəzi İcra Şurası toplantısında prezident və parlament seçkilərinin 18 iyundan daha erkən bir tarixə geri çəkilməsini müzakirə edib. Hurriyyet.az xəbər verir ki, artıq seçkilərin mayın 14-də keçiriləcəyi ilə bağlı fikirlər səsləndirilir.

Qeyd olunur ki, hazırda "Cümhur İttifaqı" cəbhəsində müxtəlif seçki ssenariləri üzərində hazırlıq prosesi gedir. Belə görünür ki, sözügedən ittifaq hər ehtimala hazırlaşır və məhz bu səbəbdən də seçki tarixi ilə bağlı alternativ ssenarilər müzakirə olunub.

"BBC News Türkçe" xəbər verir ki, müzakirə olunan ssenarilər əsasən seçkilərin 9 apreldən sonra və 18 iyundan əvvəl keçirilməsinə yönəlib. 30 aprel və 7 may variantlarının da qiymətləndirildiyi AKP Mərkəzi İcra Şurasında yekun qərar qəbul edilməsə də, seçkilərin mayın 14-də keçiriləcəyi ilə bağlı fikirlər üstünlük təşkil edib.

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.147734