Saat:07:16
Haqqımızda

Türkiyədə naməlum silahlıların hücumu zamanı 1 nəfər ölüb, yaralananlar var

2024-04-13 23:03:53

Türkiyədə naməlum silahlıların hücumu zamanı 1 nəfər ölüb, yaralananlar var

Türkiyənin İstanbul şəhərinin Beyoğlu rayonunda 3 naməlum silahlıların atəş açması nəticəsində 1 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.

Bu barədə "Report" “Haber Global”a istinadən xəbər verir.

Qeyd edilir ki, hücum zamanı 2-si ağır olmaqla 5 nəfər yaralanıb. Əraziyə polis əməkdaşları və təcili yardım cəlb olunub.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb, onlardan biri həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib.

Məlumata görə, cinayətkarlar təxminən 20-22 yaşlı gənclərdir, onlar hadisə yerindən qaçıblar.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.186244