Türkiyədə müxalifət seçkilərlə bağlı qərarını açıqladı

2023-01-06 17:00:00

Türkiyədə müxalifət seçkilərlə bağlı qərarını açıqladı

Hurriyyet.az xəbər verir ki, Türkiyənin keçmiş Baş nazri, hazırda altı partiyadan ibarət müxalifət blokuna daxil olan Gələcək partiyasının lideri Ahmet Davutoğlu müxalifətin seçkilərdə vahid namizədlə təmsil olunacağını bildirib. O, “Halk” telekanalına müsahibəsində deyib: “Birmənalı şəkildə vahid namizədin olması barəsində razılaşmışıq. Prezident postuna vahid namizədimiz olacaq”.

Davutoğlu namizədin adını açıqlamayıb. Müxlifət öz namizədinin kim olduğunu seçkilərin tarixi təyin ediləndən sonra bəyan eləmək niyyətindədir.

Hakim partiyanın namizədi hazırda dövlət başında olan Prezident R.T.Ərdoğandır.

Seçkilərin 2023-cü il iyunun 18-də keçirilməsi planlaşdırılsa da, Prezident Ərdoğan vaxtın irəli çəkilə biləcəyini söyləyib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.305599