Saat:19:08
Haqqımızda

Türkiyədə MOSSAD agenti saxlanıldı

2024-09-03 14:14:59

Türkiyədə MOSSAD agenti saxlanıldı

Hurriyyet.az "Sabah" nəşrinə istinadla xəbər verir ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı MOSSAD-ın maliyyə şəbəkəsinin rəhbərini İstanbulda saxlayıb.
Kosovo vətəndaşı Liridon Rekshepi Türkiyədə çalışan, dron çəkilişləri aparan, fələstinli siyasətçilərə qarşı psixoloji əməliyyatlar keçirən və Suriya ilə bağlı məlumatlar toplayan İsrail kəşfiyyatçılarını pul ilə təmin edib.
Rekshepi "Western Union" vasitəsilə MOSSAD əməkdaşlarının hesablarına çoxsaylı maliyyə köçürmələri aparıb. O, müşahidə altında saxlanılıb və çərşənbə axşamı həbs edilib.
Rekshepi dindirilmə zamanı İsrail agentlərinin hesablarına pul köçürdüyünü etiraf edib. Türkiyə kəşfiyyat xidməti əməkdaşlarının müəyyən etdiyinə görə, MOSSAD agentlərinə pul çox vaxt Şərqi Avropa ölkələrindən, xüsusən də Kosovodan göndərilib. Köçürmələr çox vaxt kriptovalyuta ilə həyata keçirilib.
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.213641