Türkiyədə İranın israillilərə qarşı sui-qəsd cəhdinin qarşısı alındı: ondan çox İran agenti ələ keçirildi

2022-06-23 17:45:00

Türkiyədə İranın israillilərə qarşı sui-qəsd cəhdinin qarşısı alındı: ondan çox İran agenti ələ keçirildi

Türkiyə xüsusi xidmət orqanları İstanbulda İranın israillilərə qarşı planlaşdırdığı terror aktının qarşısını alıb. Bu barədə cümə axşamı, iyunun 23-də, İsrailin XİN naziri Yair Lapidin Ankaraya səfəri başlamazdan əvvəl Türkiyə hökumətindən açıqlama verilib.
Məlumatda bildirilir ki, xüsusi xidmət orqanları ötən cümə günü, iyunun 17-də həyat yoldaşı ilə İstanbula gələn və şəhərdəki otellərdən birində yerləşən keçmiş İsrail səfirinin oğurlanmasının qarşısını ala bilib. Bundan əlavə, israilli turistlərə hücumlar hazırlanırdı. Ən azı 10 İranlı agent şübhəli kimi həbs edilib. 
Həbs oteldə və üç şəxsi mənzildə həyata keçirilib. Saxlanılanlar arasında həm əcnəbilər, həm də Türkiyə vətəndaşları var. İranın kəşfiyyat agentləri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabitləri özlərini əcnəbi tələbələr, iş adamları və turistlər kimi təqdim ediblər. Sonradan məlum olduğu kimi, terrorçulardan snayper tüfəngləri və digər silahlar götürülüb.
Rəsmi Ankara da adam oğurluğu və terror hücumlarının qarşısı planlaşdırma mərhələsində alındığını vurğulayıb. Faktla bağlı araşdırma aparılır.
Türkiyə mətbuatı Mossadın hücum hazırlayan israillilərlə əlaqə saxladığını və onları təcili olaraq İsrailə apardığını yazıb. Bir az sonra təfərrüatlar məlum olub. Belə ki, terrorçular İsrail tərəfindən Türkiyənin MİT kəşfiyyatına ötürülən məlumatlar sayəsində saxlanılıb. İran agentlərinin axtarışı və saxlanılması əməliyyatı zamanı İsrail və Türkiyə kəşfiyyat orqanları fəal əməkdaşlıq ediblər.

Xatırladaq ki, iyunun ortalarında İsrail kəşfiyyat agentlikləri Türkiyədəki hücumların planlaşdırılmasının arxasında SEPAH-ın kəşfiyyat departamentinin rəhbəri Hüseyn Tayyibin olduğunu müəyyən ediblər. İsrail kəşfiyyat mənbələri onun ekstremist baxışları və hissləri ilə tanındığını vurğulayıblar. "O, SEPAH rəhbərliyindəki statusunu qorumaq üçün heç nədən çəkinməyəcək. O, nəyin bahasına olursa-olsun, həm Türkiyədə, həm də xaricdə israillilərə qarşı terror aktı törətmək arzusundadır", deyə mənbələr vurğulayır.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya