Saat:07:43
Haqqımızda

Türkiyədə hotel və sərnişin metrobusu atəşə tutuldu - FOTO/VİDEO

2024-04-03 11:40:26

Türkiyədə hotel və sərnişin metrobusu atəşə tutuldu - FOTO/VİDEO

Türkiyənin İstanbul şəhərinin Küçükçekmece rayonunda dördmərtəbəli hotel uzunlüləli silahlardan atəşə tutulub.

Hurriyyet.az xəbər verir ki, güllələrdən bəziləri sərnişinlərlə dolu hərəkət edən metrobusa da dəyib.

Hücum edən şəxslər qaçıblar. Hadisə yerinə polis qrupları cəlb edilib, bölgədə geniş təhlükəsizlik tədbirləri görülüb.

Metrobusdakı sərnişinlər qısa müddətdə təxliyə edilib. Metrobusda və hoteldə xəsarət alan olmayıb.

Araşdırma zamanı hoteldə və onun ətrafında uzunlüləli silahlara aid çox sayda boş patron aşkar edilib. 

Cinayətkarların tutulması istiqamətində əməliyyatlara başlanılıb.

 

oxu.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.250393